Qətlə yetirilən erməni əsgərinin valideyni: “Mən istintaqa inanmıram”

2019/09/volod-1568371965.jpg
Oxunub: 818     18:52     14 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, 24 iyul tarixində işğal altında olan Qarabağdakı “hərbi birləşmə” orduda baş verən növbəti cinayət, ölüm faktı barədə məlumat verib. Bildirilib ki, hərbi hissələrdən birində naməlum şəraitdə, 2000-ci il təvəllüdlü Volodya Qaloyan ölümcül odlu silah yarası alıb.

Ermənistan İstintaq Komitəsinin hadisədən cəmi bir neçə saat sonra açıqladığı məlumatda qeyd edilib ki, V. Qaloyan Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş “qanunsuz olaraq digərini həyatdan mərhumetmə, şüurlu şəkildə qətlə yetirmə” ilə müşayiət olunan cinayət əməlinə yol verib.

Qaloyan döyüş mövqeyinin qazması yaxınlığındakı ərazidə ona təhkim edilmiş “AK-74” tipli avtomatdan döyüş mövqeyinin başçısı istiqamətinə ardıcıl atəş açıb. Lakin öz iradəsindən asılı olmayan səbəblərdən yol verdiyi cinayəti başa çatdıra bilməyib.

Xatırladaq ki, döyüş mövqeyi başçısının qətlini başa çatdıra bilmədikdən müəyyən vaxt sonra çənə nahiyyəsinin alt hissəsində odlu silah yarası ilə Volodya Qaloyanın meyiti 2019-cü il saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən 50 m uzaqlıqda aşkar edilib.

Faktiki olaraq, hadisəni təsvir etmək üçün İstintaq Komitəsinin 2-ci qarnizon idarəsi heç bir ibtidai istintaq aparmağa zərurət bilməyib.

Erməni mətbuatı hadisə ilə bağlı məlumat verərək bildirirdi ki, Ermənistan İstintaq Komitəsinin 2-ci qarnizonu hadisə ilə bağlı film ssenarisi tərtib edib. Belə ki, əsgərlərin müşahidəçi kimi mövqeyə çıxmasından öncə post başçısı Roland Stepanyan müddətli xidmət əsgəri Valodya Qaloyanın cibinin şişməsini görüb. Post başçısı erməni əsgərindən bunun səbəbini, cibində nə olduğunu soruşub. Qaloyan hərbi biletinin olduğunu bildirib. Post başçısı cibinin boşaldılmasına dair göstəriş verib və guya məlum olub ki, cibindəki telefondur. Bundan sonra aralarında mübahisə baş verib. Dəbilqəni post başçısına tərəf tullasa da, ona dəymədiyi qeyd edilir. Bu mübahisədən ciddi təsirlənən Qaloyan post başçısını vurmaq qərarına gəlib. Ancaq açılan atəş ona dəyməyib.

“İnsan haqları naminə jurnalistlər” İctimai Təşkilatının ekspertləri isə bildirir ki, hətta üş üzrə istintaq ekspertizası belə təyin edilməyib. Sadəcə əraziyə baxış və şahid ifadələri əsasında cinayət işinə xitam verilməsi qərarına gəliblər.

Ölən hərbi qulluqçunun varislərinin hüquqlarını qoruyan vəkil qeyd edir ki, istintaq birtərəfli aparılıb. Baş prokurorluğa şikayət edildiyi qeyd edilir.

Bildirlir ki, yaxın günlərdə ölən hərbi qulluqçu Qaloyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi istisna edilmir.

Beləliklə, Ermənistan ordusunda əsgər ölür, onu öldürdükləri istisna edilmir, lakin ölən hərbi qulluqçu təqsirləndirilən tərəf kimi cinayət işinin araşdırılmasına cəlb edilir.

Valideynləri, istintaq komitəsi tərəfindən tərtib edilərək göndərilən yazıda əks edilənləri absurd hesab edirlər. Orduda telefon istifadə edilməsinin müvafiq qanunla hamıya icazə verildiyi qeyd edilir.

Valideynləri istintaq orqanın çağırışlarına getməkdən imtina edib. Bildirilir ki, qətl hadisəsindən 2 aydan çox vaxt keçsə də, hələ də ölən erməni hərbi qulluqçuya status verilməyib. Cinayət materiallarında cəmi iki nəfərin ifadəsinin olduğu qeyd edilir, bunlardan biri post başçısı digəri onunla bərabər olan müşahidəçi əsgərin ifadəsidir. Valideynləri postun digər hərbi qulluqçularından ifadə alınmamasına şübhə ilə yanaşırlar. Müstəntiq bildirib ki, istintaq hələ davam edir. Atası isə onların apardığı istintaqı qəbul etmədiyini, məqsədləri əsl həqiqəti açmaqdan ibarət olmadığına görə müstəntiqlərə iradını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Cinayət  

Qətlə yetirilən erməni əsgərinin valideyni: “Mən istintaqa inanmıram”

2019/09/volod-1568371965.jpg
Oxunub: 819     18:52     14 Sentyabr 2019    