Ermənistan MTX əməkdaşlarının on minlərlə dollarlıq rüşvət FAKTI

2019/09/16928-1568370235.jpg
Oxunub: 400     17:22     13 Sentyabr 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidməti işçilərinin on minlərlə dollarlıq rüşvət alması barədə cinayət işi davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan MTX işçiləri tərəfindən xüsusilə böyük məbləğdə rüşvət alınması və rəsmi səlahiyyətlərini aşma ilə bağlı Ermənistan Xüsusi İstintaq Xidmətində araşdırma aparılmış cinayət işi üzrə əldə olunmuş kifayət qədər sübutlarla əsaslandırılıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəsmi şəxsləri rüşvət almaq barəsində əvvəlcədən razılığa gəlməklə qəsbkarlıqla Hindistan Respublikasının vətəndaşından, xüsusilə böyük məbləğdə pul tələb edərək alıb, eyni zamanda öz saləhiyyətləri çərçivəsindən çıxış etməklə həmin şəxslərə ciddi zərər vurublar.

İrəli sürülmüş ittihamlara görə, Edik Apoyan Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvan şəhər idarəsinin müvafiq bölməsinin şöbə rəisi vəzifəsini tutmaqla, Hindistan Respublikası vətəndaşı Sandip Kauşikinin ölkəsində hüquq-mühafizə orqanları ilə baş vermiş problemlər haqqında əvvəlcədən xəbərdar olmaqla, həmin bölmənin operatoru Gevorq Qabrileyanla S. Kauşikdən xüsusilə böyük məbləğdə rüşvət alınması məsələsi ətrafında əvvəlcədən razılığa gəliblər.

Əldə olunmuş məlumatlara görə, S. Kauşdan əvvəlcə 3.759.926 erməni dramı, daha sonra isə 2.283.888 erməni dramı dəyərində rüşvət alınıb.

Baş vermiş cinayət işi üzrə iki şəxs ittiham edilib. Onlara Ermənistan Cinayət Məcəlləsinin müvafiq bəndləri ilə cinayət işi açılıb.

Cinayət işinin ilkin istintaqı başa çatıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Rüşvət  

Ermənistan MTX əməkdaşlarının on minlərlə dollarlıq rüşvət FAKTI

2019/09/16928-1568370235.jpg
Oxunub: 403     17:22     13 Sentyabr 2019    