Rubrika: Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri

2019/09/10-1568443638.jpg
Oxunub: 1922     10:46     14 Sentyabr 2019    
Əsgər yolu gözləyən qız, vədinə düz çıxan gənc, ilk “qara xəbər”

Onlar müharibənin bütün ağırlıqlarını daşıyırlar... Onlar müharibənin bütün acılarını yaşayırlar... Onlar müharibənin şikəst buraxdığı atalarının, qardaşlarının, ərlərinin, oğullarının qayğısına qalır bir ömür... Savaş meydanlarından yarımcan qayıdan doğmalarının illərlə əsəbiliyinə, kaprizlərinə, xəstəliyinə elə navazişlə yanaşırlar ki, sanki dəcəl uşaqlarını əzizləyirmiş kimi...

Bəzən də döyüşə gedib qayıtmayan doğmalarını bir ömür gözləyə-gözləyə qalırlar...

Rubrikamız müharibənin ömürlük şikəst qoyduğu, qanlı döyüş meydanlarından əsəb, kontuziya, şəxsiyyət pozğunluğu, depressiya və müxtəlif fobiyalarla qayıdan döyüşçü kişiləri heç vaxt atmayan, onların bütün çətinliklərini çiyinlərində, ürəklərində, kirpiklərində daşıyan xanımlara həsr olunur.

Vətənin övlad payı, hər evdə bir şəhid anası, itkin yolu gözləyənlər

Ağasadıq Gəraybəyli küçəsi. Dörd saylı yataqxana, 307-ci otaq...

Onlar doğma yurd-yuvaları dağılandan sonra müxtəlif yerlərdə həyatla mübarizə apardılar və ən nəhayət bu mənzilə sığındılar. Neçə-neçə ailə Rüstəmiovlar ailəsi kimi, Sovet dövründə inşa edilmiş köhnə yataqxana divarlarının arasında müvəqqəti sığınacaq tapdı... Onları bu ünvana müharibə gətirib çıxarmışdı. Amma bu müvəqqəti sığınacaq az qala bir qərinəyə çatacaq qədər uzanıb gedir...

Burada hər kəs ağdamlı oldu, füzulili oldu... xocalılı oldu, şuşalı oldu... Burada məskunlaşanların sızıltısı heç vaxt sakitləşməyən bir ağrı doğmalaşdırdı bir-birinə. Bu ailələrin hamısı öz üzvlərindən birini Vətənə qurban verib gəlib... Onların övlad payı Vətənin övlad payı oldu... Bu binada, demək olar ki, hər evdə bir şəhid anası, bir itkin anası yaşayır. Onlar ağrılarını birlikdə çəkə-çəkə, bir-birinin göz yaşına baxıb təskinlik tapa-tapa doğma ev-eşiklərinə qayıdacağı günü gözlədilər... Bəziləri dözə bilmədi itirdiklərinin ağrısına: ruhlarını götürüb Vətənə qayıtdılar...

Üç döyüşçü, bir şəhid atası...

ARAYIŞ: Əkbər Məhəmməd oğlu Rüstəmov. 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildən Ağdam şəhər 50 saylı orta texniki-peşə məktəbində bədən tərbiyəsi üzrə idman rəhbəri vəzifəsində çalışıb. 1977-ci ildə 50 saylı orta texniki-peşə məktəbinin bazasında yaratdığı “Şəfəq” futbol komandası bir ildən sonra respublika çempionu adına layiq görülüb. O, 1988-ci ildən Milli-Azadlıq Hərəkatına qoşulur. Erməni quldurları Qarabağa doluşub azərbaycanlılara qarşı silahlı basqınlara başlayanda yerli özünümüdafiə taboru yaradıb düşmənlə mübarizə aparan həmyerliləri ilə birgə səngərə yollanır. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib.

Ə.Rüstəmovla yanaşı, oğlanları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.

Əkbər Rüstəmov balaca oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib.

1992-ci il mayın 15-də Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov ermənilər tərəfindən vurulan döyüş helikopterinin pilotunu əsirlikdən xilas edərək şəhid olub.

Həyat yoldaşı Mənsumə xanım 1952-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub. 1961-ci ildə Ağdam şəhərində 2 saylı orta məktəbə gedib və həmin məktəbi bitirib. Orta məktəbi bitirdiyi ilin noyabrında ailə qurublar.

Üç oğlan, bir qız validyeni olurlar. Oğlanları Sarvan, Sənan və Kənan müharibə başlayanda artıq gənc idilər. Əri üç oğlu ilə birgə döyüşə yollanır Mənsumə xanımın. Evdə qızı ilə tək qalan ana hər gün həyat yoldaşının və oğlanlarının yolunu gözləyir. Şəhər ermənilər tərəfindən durmadan raket və artilleriya atəşinə məruz qalanda belə doğmalarını görmədən şəhərdən çıxmır. Evini tərk etmir. Arada Əkbər Rüstəmov imkan tapıb onu və qızını Ağdam şəhərindən bir az uzaqda yaşayan yaxın qohumugilə gətirir ki, təhlükəsiz yerdə qalsın... Amma Mənsumə xanım, yenidən Ağdama qayıdır, nə qədər təhlükəli və vahiməli olsa da, öz evində ərinin və oğlanlarının yolunu gözləyir.

Əsgər yolu gözləyən qız, vədinə düz çıxan gənc, xoşbəxt Ağdamlı günlər...

Gənc Əkbər Rüstəmov həqiqi hərbi xidmətə çağrılır. Gözaltı elədiyi qız onda 8-ci sinifdə oxuyurdu. Əsgərə getməmişdən qızın ailəsinə elçilərlə ismarıc göndərir: “Cəmi ikicə il...”
Gəlib keçir həmin iki il. Xidmətini başa vurub qayıdan cavan oğlan onu gözləyən sevgilisinə verdiyi vədi yerinə yetirir. Toyları olur:

- O vaxt bəlkə də mən heç nə bilmirdim, sevirəmmi, sevmirəmmi? 8-ci sinfi bitirmişdim. Həmin vaxt nişanlandıq. 10-cu sinfi qurtarandan 5-6 ay sonra da toyumuz oldu. Yəni Əkbər hərbi xidmətdən gələndən sonra, - deyir Mənsumə xanım. İllərin gətirdiyi ağrı-acıların yükləndiyi baxışlarının arxasından simasında güclə sezilən təbəssümə bükülü xatirələr boylanır.

- Ailə qurdum deyə, təhsilimi davam etdirmək, oxumaq daha yaddan çıxdı...

Dörd döyüşçünün yolu üstə bitən qadın...

Ağdam kəndlərinin uğrunda müharibə hər gün daha da şiddətlənirdi. Onda ailənin böyük oğlu Sarvan evin sonbeşiyi olan qardaşı Kənanla birbaşa atalarının yanına gedirlər. Onun narahatlığına rəğmən, gənclər silaha sarılmaqdan vaz keçməyəcəklərini deyirlər. Ailənin ortancıl oğlu Sənan da hərbi xidmətdə idi. Şirin Mirzəyevin komandirlik etdiyi taborun kəşfiyyat taqımında Vətən keşiyi çəkirdi:

- Əkbər də, uşaqların üçü də orduda idi. Etiraz etmək, yalvarmaq istəyirdim bəzən ki, heç olmaya biri yanımda qalsın... Amma olmazdı. Həyat yoldaşımın və üç oğlumun cəbhəyə getməsinə necə etiraz edə bilərdim? Ağdamda nələr baş vermirdi? Hər gün neçə-neçə oğlumuz-qızımız şəhid olurdu, canından keçirdi... Hansına deyəydim ki, qal evdə?! Deməzdilər, bəs şəhid olanların anası-bacısı yoxdur?!

Biz Vətən üçün canımızdan keçməyə hazırıq. Hamımız. O vaxt yoldaşım da, övladlarımız da döyüşdən geri qala bilməzdilər. Mən desəm belə, yollarını dəyişməyəcəkdilər. Şəhid oğluma dedim getmə, cavab verdi ki, “Ana, mənim yoldaşlarım Murov dağında qar uçqununa düşüb şəhid oldular. Onlara görə mən heç vaxt bu yoldan qayıtmaram”.

Mən onları bu yoldan necə qaytara bilərdim?

Qulağı səsdə qalan qadın... Yaxşısı olmayan məlumatlar... İlk “qara xəbər”...

- Sənan ilk dəfə ayağından yaralanıb gəlmişdi. Xəstəxanada idi. Deyirdi ki, məni burada saxlamayın. Gətirdik evə. Bir az müalicəsi davam elədi. Amma gözümüzdən yayınan kimi, elə həmin yarayla da qaçıb döyüşə getdi. Belə oğul evdə otura bilməzdi. Əvvəl Sənanın həsrətini-dərdini çəkirdim. İndi dördü də çıxıb getmişdi. Hamısı da odun-alovun içində.

Çətin idi sevdiklərinə, əzizlərinə həsrət qalmaq. Bu, hər an, hər cür xəbər eşitmək, hər eşitdiyini soyuq başla qəbul etmək və həyata belə də davam etmək demək idi. O vaxt xəbərin yaxşısı olmurdu.

Çox xəbər gəlirdi. Hamısı da ancaq bəd xəbər... qara xəbər... Az qala, hər gün eşidirdik ki, ermənilər filan kəndi alıb, filan obanı yandırıb, filan kənddə döyüş gedir... Kiminsə uşağı şəhid olub... Kiminsə oğlu itkin düşüb. Hər gün hər saat eşitdiyimiz ancaq bu xəbərlər idi.

Sənan həlak olan gün dedilər ki, ermənilər Seyidli kənidini “Qrad”la atəşə tutublar. Mayın 15-i günü idi. Mərminin biri Sənanın yanına düşüb, dedilər. Təsəvvür edin, hələ adi vaxtlarda hər gün şəhərə ən azı, 110-120 “Qrad” top mərmisi düşürdü. Heç ətraf kəndləri demirəm... 1992-ci il çox dəhşətli idi...

Fikrini tamamlayıb susur. Simasına dərin bir kədər hopur. Amma tez də qayıdıb öz əzəmətini toparlayır. Sanki, üz-gözündəki kədəri Sənanın ruhu görüb inciyər...
.
“Şəhid anasına ağlamaq yaraşmaz...”

1993-cü illin yaz-yay aylarında Ağdam şəhərində vəziyyət həddindən artıq ağırlaşırdı. Çox az sayda ailə vardı ki, böyüklü-kiçikli hamı evdə idi. Şəhər mütəmadi atəşə tutulurdu deyə, ahılları, uşaqları, xəstələri təhlükəsiz kəndlərdə, qonşu rayonlardakı qohum-əqrəbanın evlərində yerləşdirmişdilər. Kişilər isə döyüşlərdə idi.

Mənsumə xanım deyir ki, adamların çoxu silahsız, əliyalın, əlacsız idilər: “Xocalı hadisələrindən sonra Ağdamda vəziyyət lap pisləşmişdi. Gərginlik hər gün artırdı. Ona görə də, qadınları və uşaqları təhlükəsiz yerə çıxarmaqdan başqa yol yox idi. Guya qadınlar, uşaqlar, xəstə, yaşlı adamlar şəhərdə qalsaydılar da, nə edə bilərdilər ki?”.

Həmin vaxtlarda Mənsumə xanımın bircə çətinliyi, daha doğrusu, bircə ümdə arzusu olub-Bütün döyüşə gedənlərin hamısı sağ-salamat evinə dönə bilsin: “İndi də deyirəm ki, kaş, vətənimizdə qalardıq, o torpaqda qalardıq. Əgər desələr Ağdam alınır, bu dəqiqə gedərəm. Ona görə ki, mənim balam... Mənim balam...”.

“Mənim balam” sözünü işlədər-işlətməz qaməti əyildi sanki... Özünü möhkəm, güclü göstərmək cəhdlərinin boşa çıxdığını özü də sezir. Qadın zəifliyini gizlədə bilmir... Gözündə əriyən soyuqqanlılığı yanağına yayılır...

“Onu eləmə!” - Əkbər müəllimin səsi idi.

Onu eləmə! Bu bir cümlədə nələr yoxuydu ki?! Elə bil, bu bir cümləlik xitabın sahibi səisinin tonuyla, ahəngiylə, tətrəyişi ilə deyirdi ki, hər şey elə, danış, ancaq ağlama, yaş görməyim gözündə. Bircə ağlama! “Ağlamaq şəhid valideyninə yaraşmaz. Ağlama, əzəmətini, şuxluğunu itirmə şəhid anası olan qadın, ağlamaz” - Bir az pıçıltıya bəzər səslənir bu ifadə...

Sonra xəfif səslə davam edir Mənsumə xanım: “26 ildir mən onun qəbri üstünə gedə bilmirəm. Bəlkə də qayıdarıq. Amma inanmıram ki, mən o günü görəm... Yaş hər gün il-il çoxalır elə bil...”.

Müharibə ilə yaxşı, sülh yolu ilə lap yaxşı...

Bir döyüşçünün ömür gün yoldaşı... Üç döyüşçünün anası... Bir şəhid oğlunun qəbrinə həsrət ana... Bir tərəfdə də işğal altında qalan ev-eşik, el-oba... Bir sual: Müharibə, yoxsa sülh?

- Mən istəmərəm kiminsə balasının ayağına daş dəyə. - Deyir Mənsumə xanım - Ancaq bizim torpaqlarımızın işğaldan azad olunması məsələsinin həlli müharibə yoluyla olsa yaxşı, sülh yoluyla olsa lap yaxşı olar. Qoy sülh yoluyla həll olunsun. Amma ona da inanmıram. Görənlər, yaşayanlar bilir övlad itkisinin ağrısını. Allah görməyənlərə göstərməsin bala dağını.

Söhbətimiz boyu tək bircə dəfə həyat yoldaşı qəhərlənəndə dillənən ailə başçısı təbəssümlə deyir: “Yoldaşım döyüşçüdür e...”

Mənsumə xanım gülür: “Döyüşçü deyiləm”.

Amma sözün həqiqi mənasında o da döyüşçüdür. Bir qadın üçün səngərdə silah tutan üç övladını, ölüm-dirim savaşlarında oğlanları ilə birgə Vətən uğrunda döyüşə gedən ömür gün yoldaşını gözləmək, hər an ağrı çəkmək, həsrət daşımaq, intizarda qalmaq, narahat olmaq qanlı mübarizə meydanında olmağa bərabərdir. Hansı ki, bu mübarizə hələ bitməyib... Davamı var... Başa çatdırılmamış, tamamlanmamış, gediləsi müqəddəs bir yol var...

Yenə müharibə... Haqq öz yerini tutana qədər yenə savaş!

- Bəs döyüşlər başlasa yenə yoldaşınızla iki övladınızın müharibəyə getməsinə razı olarsınız?

- Yenə!

Sualımızı Əkbər müəllim özü cavablandırır. Həm də qətiyyətlə.

- Hələ özü də gedər! - deyir Əkbər müəllim.

- Yenə getməyə hazırıq, təki torpaqlarımız qayıtsın. Mən yaz fəsli gələndə özümdə olmuram, deyirəm ki, bu vaxtı kaş öz torpağımızda olardım, - ərinin fikirlərini tamamlayır Mənsumə xanım.

Mənsumə xanım söhbətə qısaca ara verib çayımızı təzələməyə çalışır. Bu arada Əkbər müəllim masanın üstündəki döyüş fotolarını göstərərək deyir: “Yeganə dövlətik ki, öz torpağımızla həmsərhədik. Bugünkü Ermənistan ərazisi olan torpaqlar bizimdir. Amma biz öz torpağımıza getmək üçün başqa dövlətin ərazisindən keçirik; məsəlçün, Naxçıvana getməkdən ötrü... Baxmayaraq ki, indi İran adlandırdığımız Cənubi Azərbaycandan keçmək üçün icazə almalı oluruq...

Anaların bir işi var; övlad yolu gözləmək...

Pürrəngi çayları gətirə-gətirə əlavə edir Mənsumə xanım: “Biz topun-tüfəngin, mərmi yağışının altında yaşayırdıq, amma çıxmırdıq torpağımızdan. Orada anaların işi övlad yolu gözləmək idi. Təkcə mənim övladlarım getməmişdi ki, döyüşə. Hamının ailəsindən bir-iki övlad getmişdi Vətəni qorumağa. Deyirdik, heç olmazsa, həftədə bir dəfə yuyunmaq üçün evimizə gələr balamız...

Bizim həyətdə böyük hamam vardı, bəzən oğlanlarım əsgər yoldaşlarını götürüb gəlirdilər, yuyunurdular, üst-başlarını səliqəyə salırdılar. Hamısı balam idi mənim. Təsəvvür edin, o uşaqlar gəlib yuyunanda elə bilirdim ki, dünya mənimdir, elə bilirdim ki, onların analarının əvəzindən həmin əsgərlərin qayğısına qalıram”.

Qorxmaz kəşfiyyatçı, itirilən övladlar, bala qədər əziz əsgərlər

Söhbət Sənandan düşür. 1992-ci ilin may ayında Ağdamın Abdal-Gülablı kənd istiqamətində gedən döyüşdə ermənilər Azərbaycanın döyüş helikopterini vururlar. Paraşütlə tullanan pilotlar ermənilərin nəzarəti altında olan əraziyə düşürlər. Bunu görən Sənan ermənilərin mövqeyinə tərəf gedir və bir neçə dümən əsgərini məhv edir. Əsir götürülmüş pilot, polkovnik-leytenant Şuvoryovu xilas edir və sağ-salamat şəkildə öz səngərlərinə gətirir. İkinci pilotu da xilas etməyə gedərkən ağır yaralanır və az sonra həmişəlik olaraq gözlərini yumur.

Şəhid oğlundan söz düşən kimi, Mənsumə xanımın üz cizgiləri də, əhvalı da, baxışları da yenidən dəyişir. Amma özünü toxtaq tutub söhbətinə davam etməyə çalışır. Amma qəhər onu boğduğundan Əkbər müəllim danışmalı olur:

- Rəhmətlik Rəşid kişi, Təhmasib kişi dedi ki, Sənan yaralanıb. Gedək məscidə. Məscid deyəndə artıq hər şeyi başa düşmüşdüm. Mənim üçün hər bir əsgər öz balam kimi əzizdir. Çox balamı itirmişəm...Elə tələbələr itirmişəm ki, onlardan yoxdur daha.

İrəli çəkilən toy təqvimi, toydan döyüşə gedən yol

Mən bütün əsgərlərimə balam kimi yanaşmışam, dərdləri dərdim olub, gülüşləri sevincim.

Bizim Balakəndən bir əsgərimiz vardı. Pəncərədən baxanda gördüm ki, dilxor oturub. Biz də döyüşə getməliyik axı, inanmadım ki, Rövşən döyüşə getdiyinə görə,belə hala düşə. Əsgərim pis olanda mən də pis oluram. Uşaqlar gedib öyrəndilər. Gəlib dedilər ki, bəs, komandir, onun sevdiyi qızı başqasına verirlər. Qız evi xəbər göndərib ki, oradan (döyüşdən) çıxıb gəlməsən qızı verəcəyik başqasına. Dedim, gedin Rövşəndən soruşun ki, gedib nişanlısını gətirməyə icazə verər? Soruşdular. Gördüm gülür. Həybullah vardı. Rövşənin həmyerlisi idi. Allah rəhmət eləsin, dağ kimi oğlan idi. Çağırdım, gəldi. Dedim ki, bu pul, bu da maşın, gedib qızı götürüb gəlirsən bizim evə. Evimizdə sənin gəlişini gözləyəcəm... “Oldu, komandir”-deyib getdi.
Döyüşdən sonra batalyona getmədim, evə gəldim birbaşa. Saat 6-da qapı döyüldü.Həybullah Rövşənin nişanlısını götürüb gəlmişdi bizə. Balaca, sısqa bir qız idi. Mən Rövşəngilin aləsinə ismarıc göndərdim ki, icazə verin onların toyunu burda edim. Ancaq Rövşənin bacısı və qardaşı mayın 10-u gəlib xahiş elədilər ki, Rövşənlə qıza icazə verəsiniz, toylarını edək. Dedim, baş üstə. Onda bizim ev təhlükəli idi deyə, qızı göndərmişdim Ağcabədiyə dostumun evinə. Rövşənə dedim ki, sənə 10 gün icazə verirəm, get. Sonra mənə xəbər göndərdilər ki, ayın 11-i toydur, Əkbər müəllim gəlməsə toy etməyəcəyik. Həmin vaxt hərənin bir işi çıxdı. Tək mən qalırdım. Ona görə bir avtobus əsgər yığıb getdim Balakənə. Orda da dedilər ki, toy qaldı ayın 13-nə. Biz də ayın 13-ü qayıtmalıydıq. Dedim olmaz. Yadımdadır, İcra Hakimiyyətində Osman Gündüzov işləyirdi, indi də sağdır. Mənə dedi ki, kəsməyə heyvan heyvan alaq. Aldıq. Nə lazım idisə aldıq. Səhərə qədər toyu başlatdıq... Ayın 13-ü də qayıtdıq döyüş mövqelərimizə. Təəssüf ki, Həybullah iyunun 12-də döyüşdə həlak oldu. Rövşən indi sağdır. Xaricdə yaşayır.

Biz qayıdığımız gündən bir gün əvvəl Sənan gəlib evdə hər kəslə görüşüb. Onda anası gili də rayonun kəndlərindən birinə aparmağa razı salmışdım ki, hər şey ola bilər. Sənan da gəlib elə ordaca anasıgillə görüşüb qayıtmışdı. Çünki döyüşə gedirdi. Hamıyla görüşüb eləcə yollanmışdı Abdal-Gülablıya. Ermənilər artıq kəndlərimizə doğru irəliləyirdi. Həmin döyüşlərdə Sənan postu qoyub döyüşdən qaçan ermənilərdən xeyli silah-sursat ələ keçirmişdi.

“Ana da döyüşər balasıyla çiyin-çiynə, təki torpaqlarımızı qaytaraq”.

Mənsumə xanım nəzərlərini dərdli-dərdli zillədiyi nöqtədən ayırmadan söhbətə qoşulur: “20 yaşına 5 ay idi ki, keçmişdi. Subayıydı. İndi Sarvanın böyük oğlu onun adını daşıyır. BDU-nun “Ekologiya” fakültəsində ikinci kurs tələbəsidir.

Analarımıza daha da möhkəm olmağı arzulayıram. Döyüş olarsa, analar da qoşulsun övladlarına. Getsinlər. Yeri gələndə ana da əsgər balası ilə çiyin-çiyin döyüşə gedər.... Təki, torpaqlarımızı düşməndən azad edək. Heç olmaya, qocalıb öz torpağımızda ölək”.

Ailənin bugünkü tablosu: Əkbər müəllimlə Mənsumə xanım düz 49 ildir ailəlidirlər. Deyirlər ki, ailədəki mehribanlığı bu illər ərzində heç nə poza bilməyib. 6 nəvəsi var Rüstəmovlar ailəsinin. Böyük nəvələri Rəmzi Gəncədə Texnologiya İnstitunu bitirib, hazırda hərbi xidmətdədir, Naxçıvanda qulluq edir. O da universitet bitirib. Rəvan İdman və Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. Qardaşı Sənansa BDU-nun “Ekologiya” fakültəsində təhsil alır. İsveçdə olan nəvələrindən (Kənanın uşaqları) biri 9-cu, digəri 7-ci sinifdə oxuyur. İsmayıl İdman Gimnastikası üzrə kuboka sahib olub. Bacısı Mənsumə skripka musiqi alətində ifa etməyi öyrənir...

Teymur Zahidoğlu
Azadə Bayramova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə   Qəhrəman-Analar  

Rubrika: Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri

2019/09/10-1568443638.jpg
Oxunub: 1923     10:46     14 Sentyabr 2019    