“Cinayətkarlar küçədə gəzirlər, cənab Paşinyan, mənim oğlum haradadır?” – ETİRAZ (VİDEO)

2019/09/boxoq-1568360977.jpg
Oxunub: 422     15:30     13 Sentyabr 2019    
“8 il əvvəl oğlumu gözümün qabağından aparıblar, indiyə qədər heç bir xəbər yoxdur. Evimdən, yanımdan aparıblar. Köhnə Ermənistanda korrupsiya, pul və qələmin bir zərbəsi ilə “itkin düşüb” yazdılar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu 8 il əvvəl evindən qaçırılan Ara Xaçatryanın anası Emma Harutyunyan bildirib.

O, Ermənistan hökumət binasının qarşısına gələrək tələb edib ki, Ermənstan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan onun oğlunun tapılması üçün yenidən tapşırıq versin.

Harutyunyan bildirib ki, artıq bir dəfə tapşırıq verilib, lakin “araba yerindən tərpənmir”.

“Cinayətkarlar küçədə gəzirlər, cənab Paşinyan, oğlum haradadır? İndi oğlumun işini İstintaq Komitəsinə vermişəm. Oraya gedirəm, Milli Təhlükəsizlik Xidmətinin üzərinə atırlar, Milli Təhlükəsizlik Xidməti də onların üzərinə atır”, - deyə Harutyunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz  

“Cinayətkarlar küçədə gəzirlər, cənab Paşinyan, mənim oğlum haradadır?” – ETİRAZ (VİDEO)

2019/09/boxoq-1568360977.jpg
Oxunub: 423     15:30     13 Sentyabr 2019    