Rusiyaya sığınan keçmiş agent ABŞ-a qayıtmağın şərtlərini açıqlayıb

2019/09/34534-1568352686.jpg
Oxunub: 244     12:30     13 Sentyabr 2019    
Rusiyada sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden yalnız işinə obyektiv baxılacağı təqdirdə ABŞ-a qayıda bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Snouden bu sözləri ABŞ-ın milli ictimai radiosunun müxbirlərinə verdiyi müsahibəsində deyib.

Snouden qeyd edib ki, ABŞ münsiflər məhkəməsi onun jurnalistlərə verdiyi məxfi məlumatlarla tanış olmalıdır.

"Münsiflər heyəti, bu məlumatları ictimaiyyətə açıqlamağın düzgün addım olub-olmadığını qiymətləndirə bilmədiyi təqdirdə, məlumatların açıqlanması ilə bağlı ədalətli proses ola bilməz", - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Snouden   ABŞ  

Rusiyaya sığınan keçmiş agent ABŞ-a qayıtmağın şərtlərini açıqlayıb

2019/09/34534-1568352686.jpg
Oxunub: 245     12:30     13 Sentyabr 2019    