KXDR-in hərbi kateri yapon patrul gəmisinə yaxınlaşıb

2019/09/Conte-1568352408.jpg
Oxunub: 223     13:12     13 Sentyabr 2019    
Yaponiyanın iqtisadi zonasında KXDR-in hərbi bayrağı altında üzən qayıq aşkar edilib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun 23-də Yaponiyanın müstəsna iqtisadi zonasına aid olan Yapon dənizindəki Yamamotai dayaz zonasında KXDR bayrağı altında üzən yük gəmisi və sürətli qayıq aşkar edilib.

Tezliklə hər iki gəmi MİZ-I tərk edib, lakin ertəsi gün yenidən dəniz təhlükəsizlik xidmətinin patrul gəmisi tərəfindən aşkar edilib. Bu dəfə gəminin üzərində KXDR-in Hərbi Dəniz Qüvvələrinin bayrağı dalğalanıb və göyərtəsində kamuflyajlı üç nəfər müşahidə edilib. Gəmi 30 metr məsafədə yapon patrul gəmisinə yaxınlaşıb. Gəmidəki koreyalılardan biri silahlı olub və əlindəki avtomatı Yapon gəmisinə tuşlayıb, digəri isə baş verənləri videoya çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   KXDR  

KXDR-in hərbi kateri yapon patrul gəmisinə yaxınlaşıb

2019/09/Conte-1568352408.jpg
Oxunub: 224     13:12     13 Sentyabr 2019    