Suriyada bazara gələn mülki sakinlər atəşə tutulub

2019/09/syria-1568351710.jpg
Oxunub: 184     10:29     13 Sentyabr 2019    
"Silahlılar Suriyanın Rukban düşərgəsindəki bazara gələn mülki şəxsləri dağıtmaq üçün onlara atəş açıblar".

Ordu.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada müharibə edən tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

O qeyd edib ki, ilk öncə BMT və Suriya Ərəb Qızıl Aypara nümayəndələrinin Ər-Rukbana göndərdiyi yüklərin əhəmiyyətli bir hissəsi silahlılar tərəfindən alınaraq düşərgənin şimalında yerləşən "Küveyt Şahid Əhməd Əl-Abdo" qrupunun bazasına aparılıb.

"Sentyabrın 11-də yaraqlılar qida tələb edən dinc sakinlərin dağıdılması üçün Ər-Rukbandakı bazarda atıcı silahlardan atəş açıblar", - deyə Bakin əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   Atəş  

Suriyada bazara gələn mülki sakinlər atəşə tutulub

2019/09/syria-1568351710.jpg
Oxunub: 185     10:29     13 Sentyabr 2019    