Rusiya XİN rəhbəri Suriyada müharibənin başa çatdığını elan edib

2019/09/_9116-1568350171.jpg
Oxunub: 261     08:48     13 Sentyabr 2019    
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Suriyadakı müharibənin "həqiqətən sona çatdığını" elan edib.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı nazir "Trud" qəzetinə müsahibəsində bildirib.

"Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin İdlib və Fərat çayının şərq sahili kimi nəzarətində olmayan ərazilərdə qalır", - deyə o bildirib.

Onun sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq üçün böhranın həlli üçün siyasi prosesin irəliləməsi vəzifələri ön plana çıxır.

Qeyd edək ki, Suriyada müharibə 2011-ci ildən etibarən davam edir. 2015-ci ilin avqustunda Suriya prezidenti Bəşər Əsəd hərbi yardım istəyi ilə Rusiyaya müraciət edib. 2015-ci il sentyabrın 30-dan etibarən Rusiya hərbi hava qüvvələri Suriyada əməliyyatlara başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   Müharibə  

Rusiya XİN rəhbəri Suriyada müharibənin başa çatdığını elan edib

2019/09/_9116-1568350171.jpg
Oxunub: 262     08:48     13 Sentyabr 2019    