Sudanda hökumətlə silahlı qruplaşmalar danışıqlar masasına oturacaq

2019/09/Sudan-1568289973.jpg
Oxunub: 247     19:05     12 Sentyabr 2019    
Sudanda hökumətlə silahlılar arasındakı müzakirələr gələn ay Cənubi Sudanda başlayacaq.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Sudan Suverenlik Şurasının nümayəndəsi Məhəmməd əl-Fekki Süleyman bildirib.

O, Xartum hökuməti ilə silahlı qruplar arasındakı sülh müzakirələrinin oktyabrda Cənubi Sudanın paytaxtı Cubada başlayacağını, tərəflərin razılıq əldə etdiklərini bildirib.

Qeyd edək ki, Sudanda "Ədalət və Bərabərlik Hərəkatı", "Sudan Qurtuluş Hərəkatı" və "Sudan Xalq Qurtuluş Hərəkatı-Şimal (SPLM-N)" silahlı hərəkatlarını özündə cəmləşdirən İnqilabi Cəbhə 2003-cü ildən etibarən hökumətə qarşı vuruşur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sudan  

Sudanda hökumətlə silahlı qruplaşmalar danışıqlar masasına oturacaq

2019/09/Sudan-1568289973.jpg
Oxunub: 250     19:05     12 Sentyabr 2019    