“ABŞ-ın İran siyasəti Boltonla başlamır və bitmir” - İranşünas ekspert

2019/09/Varda-1568285146.jpg
Oxunub: 202     16:31     12 Sentyabr 2019    
ABŞ prezidenti Donald Tramp ötən gün “Twitter” səhifəsində ABŞ Milli Təhlükəsizlik Müşaviri Con Boltonun istefa etdiyini açıqlayıb. Tramp Boltonun istefasını bir sıra təkliflərinin onun xoşuna gəlmədiyi ilə izah edib.

“Mən ötən gün axşam Boltona bildirdim ki, Ağ Evdə onun fəaliyyətinə daha ehtiyac duyulmur. Mən, administrasiyanın bir çox üzvləri kimi onun bir sıra təklifləri ilə kəskin şəkildə razı deyildim. Bu səbəbdən də mən, Con Boltona dedim ki, bu gün səhər etdiyi kimi, istefa versin”, - deyə Tramp yeni müşavirin adını önümüzdəki həftə bəyan edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “168.am” saytı İrəvan Dövlət Univesitetinin İranşünaslıq kafedrasının müdiri, iranşünas Vardan Voskanyanla söhbət aparıb.

Jurnalistin, “Boltonun istefasından sonra ABŞ İranla danışıqlara gedə bilərmi?” sualına cavabında Voskanyan bildirib ki, əslində Con Boltonun, xüsusən də İran üzrə ABŞ siyasətinə təsiri kifayət qədər yüksək olub. Erməni ekspert, məhz buna görə Boltonun getməsini ABŞ-İran münasibətlərindəki gərginliyin bir az da olsa azalmasına işarə kimi qəbul edilə biləcəyini vurğulayıb.

Lakin o, bunun birmənalı şəkildə belə olmadığını da qeyd edib, çünki Birləşmiş Ştatların İran siyasəti Boltonla başlayıb, bitmir.

“Burada əsas problem var. Bu münasibətlərdə ABŞ tərəfi İranda özləri üçün əlverişli olan kukla rejiminin olmasına səy göstərir. Bunun gələcəkdə baş verə biləcəyini proqnozlaşdırmaq qeyri-mümkündür. Buna görə də ABŞ-İran münasibətlərindəki mövcud qırışlar Boltonun uzaqlaşması ilə aradan qalxmayacaq. Bunun böyük bir hissəsi yenə də işlıməyə başlayacaq”, - deyə Vardan Voskanyan deyib.

ABŞ-İran arasında mümükün danışıqlara gəldikdə isə Voskanyan hesab edir ki, İran tərəfi məntiqli olan kifayət qədər sərt şərtlər irəli sürür. Bu şərtlərdən ən vacib olanı ölkənin daxili siyasi vəziyyətinə təsir etməyə cəhd edərək, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsidir.

“Hazırda, Boltonun kənarlaşdırılması ilə bağlı İran tərəfində çox həvəslənmə, sevinc yoxdur. İranılar özlərinəxas xüsusi diplomatik soyuqqanlılıqla, tələsməyən davranış tərzi ilə bunun ABŞ-ın daxili işləri olduğunu iddia etməklə, dəqiq dəyərləndirmə səsləndirmirlər. İranın, Yaxın Şərqdəki siyasətinə gəldikdə isə düşünmürəm ki, bu siyasət hiss edilən dərəcədə dəyişikliyə məruz qalsın. İranlılar Suriyadan başlamış, Əfqanıstanadək bu bölgədə öz təsirlərini artırmaqda davam edəcəklər”, - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İran   Bolton  

“ABŞ-ın İran siyasəti Boltonla başlamır və bitmir” - İranşünas ekspert

2019/09/Varda-1568285146.jpg
Oxunub: 205     16:31     12 Sentyabr 2019    