Londondan Cermuka baxış: Paşinyan Amulsar mədəninin çöküntüləri altında qalacaq

2019/09/34-1568283994.jpg
Oxunub: 983     14:15     13 Sentyabr 2019    
Ermənistan sakinləri və mədənçilər arasındakı qarşıdurmada Birləşmiş Krallıq beynəlxalq mədən sənayesi şirkətinin tərəfini tutur. “Open Democracy” şirkətinin verdiyi məlumata əsasən, Böyük Britaniya parlamentinin üzvləri Birləşmiş Krallığın Xarici İşlər nazirliyini Ermənistandakı mədən layihəsi probleminə dəstək verdiyi üçün tənqid ediblər. Böyük Britaniyanın Xarici İşlər nazirliyinin ofisi və Amulsar qızıl mədəninin istismarı ilə məşğul olan “Lidian İnternational” şirkəti arasındakı əlaqə informasiyası Böyük Britaniyanın Ermənistandakı səfirliyi və mədən şirkəti ilə əməkdaşlığına dair şübhələri təsdiq edir.

“Open Democracy” şirkətinin əldə etdiyi məlumatlar sübut edir ki, İrəvandakı İngiltərə səfirliyinin əməkdaşları səfir də daxil olmaqla 2013-cü ildən başlayaraq, Amulsar mədəni ilə bağlı “Lidian İnternational” şirkəti ilə mütəmadi təmasda olublar. Birgə seminarlar, hesabatlar, görüşlər, işgüzar qruplar təşkil edilib. Yalnız 2018-ci ilin yanvar ayından iyul ayınadək şirkət və səfirlik arasında 55 dəfə görüş baş tutub.

2018-ci ilin senytabr ayında Ermənistan hökuməti mədənin fəaliyyəti ilə bağlı su resurslarına ola biləcək təsiri qiymətləndirmə üzrə təhqiqatlar aparılmasını sifariş edərkən səfirlikdə “Lidian İnternational” şirkəti ilə bağlı 7 sənəd müzakirə edilirdi. “Lidian şirkəti layihəni yeniləyir”, “səfirə suallar”, “fəaliyyətdə olan baş nazir Paşinyanla görüşün əsas nöqtələri”, “Lidian şirkəti ilə görüşün yekunları” və s. başlıqlı sənədlər nəzərdən keçirilirdi.

Britaniya hökumətinin Ermənistan üzrə nümayəndələrinin ətraf mühitə zərər verə biləcək və çevrədəki kəndlərin abadlığına ziyan vura biləcək bu cür problemli bir mədənin istismarına dəstək vermələri Ermənistan sakinlərini narahat edir. Bu barədə Leyboristlər partiyasının deputatı Lloyd Rassel Moyl bildirib.

“Bu sənədlər Britaniya hökumətinin nə üçün bu cür risklərə əl atdığına dair sual yaradır”, - deyə Moyl qeyd edib.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi qeyd edib ki, Britaniya səfirlikləri dünya üzrə ingilis şirkətlərinin fəaliyyətinin inkişafı işində müsbət rol oynayır. Eyni qaydada İrəvandakı Böyük Britaniyanın səfirliyi Ermənistan bazarında fəallıq nümayiş etdirən ingilis şirkətlərinin fəaliyyətində rol oynayır. “Lidian İnternational” şirkəti şərh verməkdən imtina edib.

Ermənistanın Vayats Dzor vilayətində yerləşən Amulsar qızıl mədəni Cersidə qeydiyyatdan keçən “Lidian İnternational” şirkətinə aiddir. 10 ildən artıqdır ki, mədən tikinti mərhələsindədir. 2013-cü ildə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bunu Britaniyanın Ermənistandakı potensial ən böyük sərmayəsi adlandırmışdı. “Lidian İnternational” şirkəti qeyd edir ki, mədənin istismar ediləcəyi 10 il ərzində vergi və qonorar sərmayələri vasitəsilə Ermənistanın dövlət büdcəsinə 488 milyon dollar ödəniş ediləcək və 770 iş yeri açılacaq.

Lakin keçən il aprel may ayında baş verənlərdən sonra mədən Ermənistan hakimiyyəti, ekologiya müdafiəçiləri və mədən sənayesi şirkəti arasında mübahisə ocağına çevrilib.

2018-ci ilin iyun ayından etibarən yerli əhali və fəallar mədənə gedən yolu tutaraq “Lidian İnternational” şirkətinə mədənin tikintisinin davam etdirilməsi və iri miqyaslı istismarına imkan verməyiblər.

2019-cu ilin mart ayında “Lidian İnternational” şirkəti bəyan edərək bildirib ki, Böyük Britaniya və Kanada arasında ikitərəfli müqavilənin ləğv edildiyi təqdirdə Ermənistan böyük həcmdə borc altına düşə bilər. Mətbuatda yayılan müxtəlif informasiyalara əsasən belə olan halda ödəniləcək kompensasiyanın məbləği 2 milyard dollar həcmində qiymətləndirilib.

“İndi dünya ədaləti” şirkətinin meneceri Ceyms Engel vəziyyəti şərh edərək bildirib ki, “Lidian İnternational” şirkətinin beynəlxalq korporativ məhkəmələrində arbitraj müraciəti təhdidləri elə vəziyyət yaradır ki, Ermənistan hakimiyyəti öz xalqına xəyanət etmə məcburiyyətində qalır.

“Birləşmiş krallığın səfirliyi Ermənistandakı demokratiyaya paz vurmağa çalışan zəhərli şirkətlə niyə bu qədər yaxın əməkdaşlıq edir? Əksinə, səfirlik erməni xalqının təmiz su və layiqli, davamlı iş uğrunda mübarizəsini dəstəkləmək üçün mümkün olan hər şeyi etməli idi”, - deyə o qeyd edib.

Yerli əhali nədən qorxur?

“Lidian İnternational” şirkəti Amulsarı “Ermənistanda məsuliyyətli mədən nümunəsi” adlandırır. Bütün bir-birini əvəz edən İngiltərə səfirləri və Xarici İşlər ofisinin nümayəndələri, bu layihənin ən yüksək beynəlxalq standartlara cavab verdiyini və bütün yerli maraqlı tərəflər üçün faydalı olduğuna əmin edərək 2013-cü ildən bəri onu ictimailəşdirirlər.

2013-cü ildə “Teğutu xilas edək” Vətəndaş Təşəbbüs qrupu Böyük Britaniya Xarici İşlər Nazirliyinə açıq məktub göndərərək, ingilis səfirlərinin Amulsar layihəsinə dəstəyini öyrənməyə çağırış etdi.

Məktubda eko-hüquqşünas Artur Qriqoryan, səfirlər Ketrin Liç və Conatan Aves tərəfindən “Lydian İnternational” şirkətinin lehinə “Ermənistan hökumətinə təzyiqlərini davam etdirdiyini” iddia edərək, İngiltərənin diplomatik heyətinin Ermənistan Ətraf Mühit Nazirliyi ilə görüşlərini əsas göstərdi.

“İngiltərə səfirlərinin ofşor zonada qeydiyyata alınan özəl bir şirkətin maraqlarını nə üçün müdafiə etdikləri məlum deyil”, - deyə o qeyd edib.

2016-cı ildə o zamankı səfir Cudit Farnvort, “Lydian International” şirkətinin və digər maraqlı tərəflərlə, xüsusən də “yerli icmalarla” dialoqunu yüksək qiymətləndirdi.

Lakin bu dialoq, yaxınlıqdakı şəhərin və kəndin sakinlərini inandıra bilmədi.

Amulsar mədəninə ən yaxın kənd olan Qndevazda, 2014-cü ildə 210 sakin, şirkətin “mədən yaxınlığındakı kəndlərinin sakinlərini aldatmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiyini” ifadə edərək, mədənin maliyyə sponsorlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) şikayət etdi. Bənzər şikayət Avropa Yenidənqurma və İnkişaf Bankına (layihənin digər sponsoru – red.) da göndərildi.

2017-ci ildə BMK layihənin maliyyələşdirilməsini dayandırır

Ümumiyyətlə, 2015 və 2016-cı illərdə yerli sakinlərinin ekoloji və sosial təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələrdə iştirak etməməsinə səbəb isə “Lidian İnternational” şirkəti tərəfindən Cermuk şəhərinin “mədənin təsir zonası”na daxil edilməməsi olub.

2017-ci ildə bir BMK ombudsmanının araşdırması “Turizm mərkəzi olaraq Cermuk markasına potensial təsirlərin” qiymətləndirilmədiyini və yumşaldıldığını göstərdi.

2018-ci ilin sonunadək yerli əhali Cermukda yaşıl iqtisadiyyatın inkişafına və mədən işlərinin dayandırılmasının lehinə 3000 imza toplayıb. Bu mövqe daha sonra yerli hakimiyyət tərəfindən yekdilliklə təsdiqlənib.

2018-ci ilin oktyabr ayında “Community Mutual Assistance” QHT-nin araşdırmasına görə, yerli sakinlərin artıq gündəlik həyatlarında mədənin mənfi təsirini hiss etdikləri qeyd edilib.

“Qısa müddətli iqtisadi faydalara baxmayaraq, mədənin ətraf mühitə, insan sağlamlığına və rifahına uzun müddətli mənfi təsir göstərəcəyinə dair güclü və geniş yayılmış bir inam var”, - deyə London İqtisadiyyat Məktəbinin sosial siyasət üzrə əməkdaşı Armine İşxanyan bildirir.

O əlavə edib ki, “Lidian İnternational” şirkətinin və Ermənistan hakimiyyətinin bu yaxınlarda təkrarladığı mədənin təsirlərin minimal riskləri ilə bağlı açıqlamaları böyük ictimai şübhə doğurur.

Şirkət əks zərbə endirir

Şöhrətini qorumaq üçün “Lidian İnternational” şirkəti fəallar haqqında bir sıra məlumatlar yaymağa başlayıb. Beynəlxalq İnsan Haqları Federasiyası şirkət tərəfindən jurnalistləri və insan hüquqları müdafiəçilərini, xüsusən də qadınları susdurmağa yönəlmiş sistemli böhtan və məhkəmə qanunsuzluqlarını tənqid edib.

Bu il 41 beynəlxalq ekoloji QHT Paşinyana məktub yazaraq bildirib ki, erməni hüquq müdafiəçilərinin sözlərinə görə, “Lidian İnternational” şirkətinin təbliğat kampaniyası televiziya və sosial şəbəkələrdə real və saxta “Facebook” istifadəçiləri vasitəsilə insan hüquqları müdafiəçilərini və ətraf mühit tərəfdarlarını alçaltmaq məqsədi daşıyır.

“Lidian İnternational” bu iddiaları yanlış dezinformasiyanın növbəti bir nümunəsi olaraq xarakterizə edib.

2018-ci ilin iyun ayında Ermənistandakı hüquq müdafiəçiləri və vətəndaş fəalları, Britaniya “Lidian İnternational” şirkətinin də maliyyələşdirdiyi, Britaniya səfirliyinin, Kraliçanın doğum günü tədbirini boykot edib.

Paşinyan üçün problem

Amulsar layihəsi artıq bir ildir ki, yararsız vəziyyətə düşüb, yerli sakinlər yolları bağlayıblar. 2019-cu ilin iyul ayında “Lidian İnternational” şirkəti, Amulsarın müdafiəçiləri və fəallarına qarşı məhkəmə iddiası qaldırıb, daha sonra bununla bağlı cinayət işi açılıb.

Elə həmin ay Ermənistan rəsmilərinin Amulsar mədəninin istismarının potensial təhlükələri barədə məlumatlı olub-olmadığını müəyyən edilməsi üçün başqa bir cinayət işi açılıb. Ermənistan hakimiyyəti Amulsar mədəninin istismarı ilə bağlı müstəqil beynəlxalq ekspertizası üçün 400.000 dollar vəsait ayırıb. Avqust ayında “Elard” şirkətinə sifariş edilən ekspert araşdırmasının nəticələri dərc olunub. Bunun əsasında Paşinyan mədənin istismarı risklərinin idarə olunan olduğunu bəyan etdi.

Beynəlxalq İnsan Haqları Federasiyası yeni ekspertizanın nəticələrinə toxunaraq qeyd edib ki, “Lidian İnternational” şirkətinin təqdim etdiyi ətraf mühitə təsirin qiymətləndirilməsi nəticələri ilə uyğunsuzluqlar var. Buna görə də problemli nəticələrin olduğunu, mədənin vurduğu ziyanla bağlı bir sıra sualların da cavabsız qaldığını bildirib.

Erməni vətəndaş cəmiyyəti nümayəndələri bu yaxınlarda Birləşmiş Krallıq, ABŞ və İsveçin səfirliklərinə çağırış edərək, “Lydian” şirkətinə dəstəklərinə son verməyə çağırış ediblər.

İşxanyan Amulsar mədəni ilə bağlı işin Paşinyan hökuməti üçün bir sınaq olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Amulsar  

Londondan Cermuka baxış: Paşinyan Amulsar mədəninin çöküntüləri altında qalacaq

2019/09/34-1568283994.jpg
Oxunub: 984     14:15     13 Sentyabr 2019    