Gümrüdə ölən rus hərbi qulluqçunun ölüm səbəbi bəlli olub

2019/09/Untit-1568271505.jpg
Oxunub: 415     11:01     12 Sentyabr 2019    
Gümrüdə ölü vəziyyətdə tapılmış 102-ci rus hərbi bazanın çavuşu Aleksandr Babuşkinin ölüm faktının detalları və səbəbi üzə çıxıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçu ölümündən bir neçə gün əvvəl motosikletdən yıxılaraq qəzaya düşüb.

İlkin məlumatlara görə, o, müxtəlif bədən xəsarətləri almasına baxmayaraq, tibbi yardım üçün müraciət etməyib, onun yaraları isə kifayət qədər ciddi olub.

Qeyd edək ki, bir neçə gün bundan öncə 23 yaşlı rus hərbi qulluqçu mənzilində ölü tapılıb. Hadisə nəticəsində hərbi qulluqçunun dalağı partlayıb və daxili qanaxma baş verib. Hadisənin digər təffərrüatları aydınlaşdırılır.

Ermənistan İstintaq Komitəsi Gümrüdə rus hərbi qulluqçunun ölümü haqqında bu gün məlumat verib.

Həmçinin məlumata görə, hərbi qulluqçunun bədənində müxtəlif cızıqlar tapılıb. Buna baxmayaraq, həmin məlumat öz təsdiqini tapmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 102-baza   Ölüm  

Gümrüdə ölən rus hərbi qulluqçunun ölüm səbəbi bəlli olub

2019/09/Untit-1568271505.jpg
Oxunub: 416     11:01     12 Sentyabr 2019    