“Paşinyanın istəyi ilə və ya razılığı ilə Ermənistan geopolitik oyuna cəlb edilir” - Aşotyan

2019/09/456-1568271209.jpg
Oxunub: 383     10:59     12 Sentyabr 2019    
“Ermənistanın xarici siyasət vektorlarının dəhlizi regional xüsusiyyətlərdən çıxış etməklə çox dardır. Son dövrlər baş verən hadisələr narahatvericidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində qeyd edib.

O, qeyddə son dövrlər baş verən və onun narahatverici hesab etdiyi hadisələr haqqında danışıb.

Aşotyan bildirib ki, bəziləri Paşinyanın istəyi ilə və ya razılığı ilə Ermənistanı geopolitik oyuna cəlb etməyə çalışır.

“Utancvericidir, lakin bu bir faktdır ki, Ermənistanın siyasi arenasında Avropa İttifaqı strukturları ilə daha operativ, intensiv və məzmunlu iş görən biri yoxdur. Qərblə əlaqələrimiz hər zaman xarici siyasətin zənginləşdirilməsi, balanslaşdırılması, daxili siyasi gündəmin və islahatların görünən, hiss olunan, mövzulu komponenti olub. Heç bir geopolitik mərkəz müasir dünyada təhlükəsizlikdən tutumuş iqtisadiyyata, təhsilə qədər Ermənistan problemlərini həll etmək gücündə deyil. Hiss edirəm ki, bəziləri bizi qlobal güclərin toqquşma sahəsinə çevirməklə ölkənin fəaliyyət göstərən rəhbərliyinin istəyi ilə və ya razılığı ilə geopolitik oyuna cəlb etməyə çalışır. Ölkəmi sınağa çəkməyin. Sizin daxili oyuncaqlarınız və zərbələriniz bir tərəfə, xalqın və dövlətin taleyi ilə xəyanətkar oyunlar oynamayın. Sonra deməyin ki, xəbərdarlıq etməmişəm”, - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aşotyan  

“Paşinyanın istəyi ilə və ya razılığı ilə Ermənistan geopolitik oyuna cəlb edilir” - Aşotyan

2019/09/456-1568271209.jpg
Oxunub: 384     10:59     12 Sentyabr 2019    