ABŞ Polşaya 32 ədəd F-35 qırıcı təyyarəsi satacaq

2019/09/EEXGX-1568264472.jpg
Oxunub: 238     16:12     12 Sentyabr 2019    
ABŞ rəhbərliyi Polşaya 6,5 milyard dollar dəyərində 32 ədəd beşinci nəsil F-35 qırıcı təyyarəsini satmağı qərara alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü hökumətlərarası müqavilələrə əsasən xaricdə hərbi texnika və silah tədarükü həyata keçirən ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi və Əməkdaşlığı üzrə İdarəsi açıqlama yayıb.

Razılığa əsasən, siyahıya 32 təyyarə, “Pratt & Whitney” tərəfindən hazırlanan 33 ədəd F-35 mühərrikləri, eləcə də əlaqəli avadanlıqların satışı daxildir.

ABŞ Müdafiə Nazirliyinin mövqeyinə görə, müqavilənin icrası “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi" maraqlarına uyğundur. Saziş eyni zamanda “Avropada siyasi sabitlik və iqtisadi rifah üçün vacib bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini artıracaq”.

ABŞ rəhbərliyi hesab edir ki, bu təyyarələrin satılması bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polşa   ABŞ   F-35  

ABŞ Polşaya 32 ədəd F-35 qırıcı təyyarəsi satacaq

2019/09/EEXGX-1568264472.jpg
Oxunub: 241     16:12     12 Sentyabr 2019    