Xızıda raket başlığı tapılıb - FOTOLAR

2019/09/1f27a-1568198067.jpg
Oxunub: 216     14:13     11 Sentyabr 2019    
Xızı rayonunda 9M22U raketinin döyüş başlığı və motor hissəsi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a verilən məlumata görə, sentyabr 11-də saat 08:42-də Dövlət Sərhəd Xidmətindən (DSX) agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketinin döyüş başlığı və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 9M22U raketinin motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ANAMA   Xızı  

Xızıda raket başlığı tapılıb - FOTOLAR

2019/09/1f27a-1568198067.jpg
Oxunub: 217     14:13     11 Sentyabr 2019    