Ermənistan XİN müavini Putinin gəlib-gəlməyəcəyini bilmir

2019/09/image-1568194296.jpg
Oxunub: 242     15:03     11 Sentyabr 2019    
“Oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin iclasının Ermənistanda keçirilməsi qərarı üzv dövlətlərin rəhbərləri, o cümlədən də Rusiya rəhbəri tərəfindən qəbul edilib. Bu, o hadisə deyil ki, biz onu dəvət etmişik, özü deməlidir gələcək, yoxsa gəlməyəcək. Bu, birgə qərardır və iclasdır. Biz indi sədrlik edirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan bildirib.

O, jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan kimi Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi şurasının iclasında iştirak etmək üçün Ermənistana gəlib-gəlməyəcəyini deməyə çətinlik çəkib.

Onun sözlərinə görə, bu kimi problemin varlığı yoxdur və gəlib-gəlməmək süni məsələdir.

“Qazax gələcək, yoxsa gəlməyəcək, yaxud qırğız gələcək, yoxsa gəlməyəcək desək, eyni şeydir. Belə bir problem yoxdur. Dövlətlər ən yüksək səviyyədə birgə qərar qəbul ediblər ki, oktyabrın 1-də iclas olsun”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Putin  

Ermənistan XİN müavini Putinin gəlib-gəlməyəcəyini bilmir

2019/09/image-1568194296.jpg
Oxunub: 243     15:03     11 Sentyabr 2019    