Kremldə işdən qovulan şəxsin ABŞ casusu olduğu bildirilir

2019/09/20190-1568190932.jpg
Oxunub: 254     14:12     11 Sentyabr 2019    
"Kreml sarayındakı Putinin ofisində işləyənlərdən bir nəfər ABŞ casusu olub. Prezident Donald Trampın yanlış siyasəti səbəbilə casus geri çəkilmək məcburiyyətində qaldı".

Ordu.az xəbər verir ki, bunu "CNN" telekanalı yaydığı iddiada diqqətə çatdırıb

Belə ki, 2017-ci ildə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ-dakı səfir Sergey Kislyak arasında gizli görüş keçirilib.

"Gizli görüşdə Lavrov Rusiyanın ABŞ-dakı səfirinə Suriyadakı İŞİD terrorçuları barəsində İsraildən aldığı məlumatları çatdırıb. Eyni iclasın mövzusu barəsində ABŞ Prezidenti Donald Trampın məlumatları yayması Kremldəki casusun ifşa oluna biləcəyinə səbəb olub. Dərhal casusa geri çəkilməsi və bir müddət işləməməsi tövsiyə edilib", - deyə telekanal qeyd edib.

Bundan sonra Rusiyada fəaliyyət göstərən "Kommersant" qəzeti bu şəxsin Oleq Smolenkov ola biləcəyini yazıb.

Qeyd olunur ki, sözügedən Kreml işçisi 2017-ci ildə Albaniyaya ailəsilə birgə gedib və ondan bu günə qədər xəbər almaq mümkün olmayıb.

İddialara Kreml mətbuat katibi Dimitri Peskov da münasibət bildirib. O, Smolenkov adlı şəxsin Kremldə çalışdığını təsdiqləyib və 2017-ci ildə işdən qovulduğunu sözlərinə əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya  

Kremldə işdən qovulan şəxsin ABŞ casusu olduğu bildirilir

2019/09/20190-1568190932.jpg
Oxunub: 255     14:12     11 Sentyabr 2019    