Paşinyan tarixi təhrif edir - Ermənilərin Avropa “dəyərləri” məhz həmin Avropanın harasındadır?

2019/09/Nikol-1568184404.jpg
Oxunub: 560     16:44     11 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, 31 avqust 2019-cu il tarixində Paşinyanın “Nouvelle d'Arménie” jurnalına müsahibə verib.

Bir çox geosiyasi, siyasi, ideoloji və sistem dəyəri baxımından nəzərə çarpmayan müsahibənin bir qismini kənara qoyaraq, müəyyən məqamlara nəzər salaq.

Paşinyan sual edir ki, bugünkü Rusiya böyük Pyotrun Rusiyası və onun dəyərlərinin daşıyıcısıdırmı?

Böyük Pyotr Rusiyanın keçmişidir və onun Rusiyaya təsiri bizim mövzumuz deyil. O baş verənlər keçmişdə qalıb. Çünki indiki dünya nizamı böyük Pyotrun nailiyyətləri və ya nöqsanları üzərində deyil, İkinci Dünya Müharibəsi və 1945-ci ildə baş tutan Podstam və Yalta konfransları nəticəsində qurulan və dünya gücləri tərəfindən qəbul edilən beynəlxalq qanunlarla qorunan dövlətlərin sərhədləri və qaydaları üzərində qurulub.

Bu oyun qaydalarına görə, dünya təxminən 80 milyon, SSRİ isə 30 milyon insan həyatını qurban verib. Hər il 9 mayda Moskva şəhərində böyük Pyotrun dövrünün qələbəsi deyil, dünya müharibəsində əldə edilən qələbə günü qeyd olunur.

İkinci Dünya müharibəsi nəticələrini yenidən nəzərdən keçirmək, tarixi saxtalaşdırmaq və SSRİ-dən İkinci Dünya müharibəsində əldə etdiyi qələbələrin payını almaq cəhdləri durmadan davam edir.

Paşinyan qeyd edib ki, Rusiyanı ən inkişaf etmiş Avropa ölkələrindən biri olduğuna görə dəvət ediblər. Bu reallığa cavab verməyən yalnış bir ifadədir və seçim səbəbləri daha dərin xarakter daşıyır.

Ermənistanın Rusiya ilə müttəfiq münasibətlər qurmaq seçimi dini və tarixi ortaqlıqlar ilə əlaqəlidir.

Paşinyan müsahibəsində qeyd edib ki, Avropa dəyərləri həmçinin onlarındır və ermənilərin bu dəyərlərin formalaşmasında payı olub. Ermənilərin Avropa “dəyərləri” məhz həmin Avropanın harasındadır?

Nəhayət sonuncu, Paşinyan qeyd edir ki, demokratiya onların genetik dəyəridir.

Dünyada praktik (tətbiq olunan) demokratiyanın bir modeli mövcuddur. Bu seçilmişlər və digərləri, yaxud digər sözlə desək, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər üçün fərqli oyun qaydalarının olduğu qərb demokratiyasının modelidir. Bu prinsip erməni genetikasına tətbiq edilib? Təbii ki, yox!

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Tarix  

Paşinyan tarixi təhrif edir - Ermənilərin Avropa “dəyərləri” məhz həmin Avropanın harasındadır?

2019/09/Nikol-1568184404.jpg
Oxunub: 561     16:44     11 Sentyabr 2019    