İrəvandan Moskvaya daha bir ittiham: “Ermənistana qarşı agentlər şəbəkəsi...”

2019/09/00-24-1568183255.jpg
Oxunub: 505     14:26     11 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistanın ilk Baş naziri Vazgen Manukyan bildirib ki, 90-cı illərdə hakimiyyətə gəldikləri vaxt KQB arxivlərini açıb-açmamaq məsələsini müzakirə ediblər.

O qeyd edib ki, həmin arxivləri açmaq barədə hələ qərar qəbul edilməsə də, bu arxivlərlə tanış olmaq istəyib.

“Sovet hakimiyyətinin mənim düşündüyümdən də daha ağıllı olduğu ortaya çıxdı. Hakimiyyətə gəlməyimizdən bir neçə gün əvvəl bütün KQB sənədləri təyyarə ilə Sumolensk şəhərinə daşınmışdı. SSRİ rəhbərliyinə, KQB rəhbərinə, Qorbaçova müraciət edərək dedim ki, həmin arxivlər tamamilə Ermənistana qaytarılmalıdır”, - deyə Manukyan bildirib.

Arxivlər heç vaxt Ermənistana qaytarılmayıb. Ancaq Ermənistan Təhlükəsizlik Xidmətinin gələcək rəhbərlərindən biri olan Serj Sarkisyan bu arxivlərlə tanış olub.

Erməni müəllif Sarkis Artsruni qeyd edib ki, Rusiyanın Ermənistanın ilk liderlərinə niyə etibar etmədiklərini izah etməyə ehtiyac yoxdur, amma Serj Sarkisyanla mehriban olublar.

“Sovet Xüsusi xidmət orqanları kommunist hökumətlərinin devrilmə təhlükəsini hiss etdikləri bir vaxtda arxivləri Ermənistandan çıxarıblar. Moskva daha praktik problemlərini həll edib. Bir tərəfdən keçmişdə törədildiyi ehtimal edilən cinayətlərin izləri aradan qaldırılıb, digər tərəfdən Moskva Ermənistana qarşı “5-ci kolon” olaraq istifadə edilən agentlər şəbəkəsinə nəzarətini qoruyub saxlayıb”, - deyə Artsruni bildirib.

Cari ilin yazında Paşinyan Ermənistan parlamentində sensasiyalı bir açıqlama verərək dedi ki, ötən yayda MTX-nin sənədlərinin məhv edildiyi ortaya çıxıb.

“Şübhə yoxdur ki, bu “sirli yoxa çıxma” prosesində də bir rus izi var və törədilən faktın əlyazması demək olar ki, eynidir. Moskvanın kriminal oliqarxiya sisteminin, vassal rejiminin yıxılmaqda olduğunu proqnozlaşdıraraq, ən vacib sənədləri inqilabın qələbəsi ərəfəsində çıxardığı və ya məhv etdiyi ehtimal olunur”, - deyə erməni müəllif qeyd edib.

Artsruninin sözlərinə görə, son 20 ildə, o cümlədən 27 oktyabr və 1 mart tarixlərində Ermənistanda törədilmiş ağır cinayətlərdə rus izinin olması ilə bağlı ciddi şübhələr var.

“Təbiidir ki, Moskvanın bu izləri yox etməyə ehtiyacı olub. Digər tərəfdən, bir çox agentlərin məlumatlarının yalnız Moskvada mövcud olmasına görə rus xüsusi xidmət orqanlarına sadiq qalacaqları ehtimal edilir. Ermənistanın yaranmasından təxminən 30 il keçib. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidmətində baş verən “gizli yoxa çıxma” hadisəsi sovet-rus fəaliyyət xəttinin dəyişməz olaraq qaldığını göstərir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   KQB   Agent   Böhran  

İrəvandan Moskvaya daha bir ittiham: “Ermənistana qarşı agentlər şəbəkəsi...”

2019/09/00-24-1568183255.jpg
Oxunub: 506     14:26     11 Sentyabr 2019    