Britaniya kral donanması robot sualtı qayıqlar axtarışındadır

2019/09/HMS_A-1568113974.jpg
Oxunub: 283     19:21     10 Sentyabr 2019    
Britaniya Müdafiə naziri geniş, robot sualtı qayığın təkmilləşdirilməsi ilə bağlı 3,3 milyon dollarlıq müsabiqə elan edib. Bu yarış Kral Donanması üçün avtonom sualtı qayıqların satınalınmasına gətirib çıxara və Britaniya filotiliyasının qismən sualtı boşluğu doldura biləcəyinə kömək edə bilər. Nazirlik müsabiqə iştirakçılarından iyuna qədər öz təkliflərini təqdim etmələrini istəyib.

Kral donanmasının mətbuat xidmətindən açıqlanan məlumatda yarışın iki mərhələdə aparılacağı, bir il tədqiqat, dizayn və quruculuq işlərinin, daha sonra isə yoxlama və sınaq mərhələsinin baş tutacağı bildirilib. Sonuncu mərhələnin iki ilə qədər davam etməsi planlaşdırılır. Hökumətin təkliflərlə bağlı şərtində onların üç müxtəlif əməliyyat ssenarisini ehtiva etməli olduğu göstərilib.

Gizli kəşfiyyat toplama işlərində bu vasitənin vəzifəsi dəniz əməliyyat zonasında nəqliyyat ötürülməsi ilə bağlı kəşfiyyat məlumatlarının toplanması olacaq. O, avtonom və gizli şəkildə sualtından dəniz əməliyyat zonasına keçid edərək, üç ay ərzində nəqliyyatı izləyəcək. İzləyəcəyi əsas məsələlər sudan keçən enerji xətləri, sualtı akustikalar və müxtəlif növ sensorlar vasitəsilə optik kəşfiyyat toplanması olacaq. Bu müddət ərzində hansısa insident baş versə, qayıq onunla bağlı məlumat verməklə yanaşı, monitorinqinə də davam edəcək.

Sualtı qayıq rolunda isə vasitənin əsas tapşırığı xüsusi məkanda sualtı qayıq əleyhinə bariyerləri aşmaqdır. O, limanı tərk edərək avtonom və gizli şəkildə sualtından olmaqla nəzarət nöqtəsinə gedəcək. Ora çatarkən öncədən müəyyən edilmiş zonanın üç ay ərzində patrulunu həyata keçirəcək və bu müddətdə qarşılaşacağı önəmli hədəfləri, düşmən kimlikləri barədə məlumat verəcək.

Hazırda çox sayda kompaniya Kral donanmasının ehtiyaclarını qarşılayacaq sualtı robot qayıqlar istehsal edir. Məsələn, “Boeing” özünün “Orca” dizaynını “Echo Voyager” dizel elektrik sualtı qayığı üzərində istifadə etməklə belə bir vasitə əldə edib. ABŞ donanması artıq bu vasitələrdən azı 9 ədədini sifariş verib və onların 2024-cü ilə qədər çatdırılması gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   Sualtı-robot  

Britaniya kral donanması robot sualtı qayıqlar axtarışındadır

2019/09/HMS_A-1568113974.jpg
Oxunub: 286     19:21     10 Sentyabr 2019    