Rusiyadan Ermənistana daha bir zərbə

2019/09/Untit-1568111548.jpg
Oxunub: 465     15:31     11 Sentyabr 2019    
Xəbər verdiyimiz kimi, bir neçə gündür erməni KİV-lərində məlumat yayılıb ki, hazırda MDB dövlətlərarası axtarışda olan Ermənistanın keçmiş Müdafiə naziri Mikayel Harutyunyanın axtarışı Rusiya Federasiyası ərazisində ləğv edilib.

“İnterfaks” xəbər agentliyi məlumatla bağlı qeyd edib ki, bundan sonra Rusiyada heç bir şey Harutyunyana təhlükə törətmir.

Rusiyanın tez ya gec belə bir qərar verəcəyi gözlənilən idi. Rusiya hakimiyyəti Harutyunyanın Rusiya vətəndaşı olduğunu əsas gətirərək, onu Ermənistana verməkdən imtina edib. Ona görə də onun Rusiya ərazisindəki axtarışı bir gün ləğv edilməli idi. Ancaq bunun məhz indi edilməsi və açıqlanması təsadüfi deyil.

Bir sıra politoloqlar Paşinyanın Moskva hakimiyyətinin düşməni hesab olunan rus müxalifətçisi Vitali Şişkinə sığınacaq verməsini erməni parlamentinin sabiq deputatı Mihran Poğosyan məsələsində Moskvanın nümayiş etdirdiyi siyasətə cavab olaraq qiymətləndirir. Harutyunyanın axtarışının ləğv edilməsi də Moskvanın Paşinyana cavabı kimi dəyərləndirilə bilər.

Ancaq bu izahat olduqca sadə görünür.

Axı, söhbət “1 Mart” işi üzrə adı keçən ciddi bir təqsirləndirilən şəxsdən gedir. Bir neçə gün sonra Robert Köçəryan və digərlərinin məhkəmə işinin başlayacağını, Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarını nəzərə alsaq, məhz Moskvanın “1 Mart” işi ilə bağlı İrəvana təsirini artırdığı qənaətinə gəlmək olar.

Moskvanın hazırda başqa səbəblərə görə də Ermənistan-Rusiya münasibətlərində böhran yaşadığı aydındır. Məsələn, Vladimir Putinin oktyabrın 1-də AİƏT sammitinə gəlməmək və ya təxirə salmağı qərara aldığı istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Harutyunyan  

Rusiyadan Ermənistana daha bir zərbə

2019/09/Untit-1568111548.jpg
Oxunub: 466     15:31     11 Sentyabr 2019    