Şişkin Ermənistana gəlişi barədə: “Bu ayrılıqda dedektiv tarixidir”

2019/09/56756-1568111085.jpg
Oxunub: 648     15:31     10 Sentyabr 2019    
“Mən “Memorial”a təşəkkür edirəm ki, onlar mənə qaçqın statusu vermək məsələsində Ermənistan Miqrasiya Ximdətinə müraciət ediblər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda siyasi sığınacaq verilmiş rus müxalifətçisi Vitali Şişkin deyib.

Şişkin bildirib ki, onun Ermənistana gəlişi ayrılıqda bir dedektiv tarixidir.

“Mənim xarici pasportum yox idi, Rusiyada bunu mənə verməyə heç kim hazırlaşmırdı. Mən o şəkildə gedə bildim ki, mənim gedişimdən 12 saat sonra rus məhkəməsi mənim yerdəyişməmin qadağan edilməsi, Kaluqa vilayətindən hər hansı başqa yerə getməmək haqqında qərar qəbul etmişdi. Çıxış qadağası, xarici pasport almaq qadağası. Və həqiqətən 13 saat sonra artıq polis məni axtarmağa başladı. Əlbəttə, bütün bu qadağalar və məhkəmə qərarları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm. İndi isə nəticələri və ya hadisələrin necə inkişaf edəcəyini gözləyirəm”, - deyə Şişkin bildirib.

Xatırladaq ki, Ermənistan Miqrasiya Xidməti rus müxalifətçisi Vitali Şişkini qaçqın kimi tanıyıb və onu sığınacaqla təmin edib. O,Rusiya, Ukrayna, Ermənistan, Türkiyə və Moldovada anti-hökumət nümayişlərində iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şişkin   Ermənistan  

Şişkin Ermənistana gəlişi barədə: “Bu ayrılıqda dedektiv tarixidir”

2019/09/56756-1568111085.jpg
Oxunub: 649     15:31     10 Sentyabr 2019    