“Taliban” bir rayonu və 17 polis məntəqəsini ələ keçirib

2019/05/15285-1557226711.jpg
Oxunub: 304     14:38     10 Sentyabr 2019    
Əfqanıstanın Taxar əyalətində hökumət qüvvələri ilə “Taliban” qiyamçıları arasında şiddətli döyüşlər gedir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, döyüşlər nəticəsində Taxar əyalətinin Yanğı Qala rayonu və 17 polis-nəzarət məntəqəsi “Taliban” qiyamçıları tərəfindən ələ keçirilib.

Məlumata görə, qiyamçıların hücumu iki gün əvvəl başlayıb və hökumət qüvvələri onları zəbt etdikləri ərazilərdən sıxışdırıb çıxarmağa çalışır.

Döyüşlərdə 28 “Taliban” silahlısı, o cümlədən qruplaşmanın komandiri Molla İmamuddin öldürülüb. Buna baxmayaraq, “Taliban” Yanğı Qala rayonunu ələ keçirib.

Qiyamçıların məlumatına görə, əyalətə hücum zamanı çoxlu sayda əsgər və zabiti qətlə yetiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   Əfqanıstan  

“Taliban” bir rayonu və 17 polis məntəqəsini ələ keçirib

2019/05/15285-1557226711.jpg
Oxunub: 305     14:38     10 Sentyabr 2019    