Tramp taliblərlə sülh danışıqlarını “ölü danışıqlar” adlandırıb

2019/08/15352-1567159626.jpg
Oxunub: 332     15:08     10 Sentyabr 2019    
"Taliblər danışıqlarda öz mövqelərini möhkəmlətmək üçün amerikalı hərbi qulluqçulara silahlı hücum ediblər, buna görə ABŞ belə adamlarla danışıqlar aparmağa hazırlaşmır".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Əfqanıstanda avtomobilin partladılması nəticəsində ABŞ bir hərbi qulluqçusunun və 11 nəfər yerli sakinin həlak olmasına görə məsuliyyəti taliblər öz üzərlərinə götürəndən sonra şənbə günü axşam Prezident Tramp taliblərin liderləri və həmçinin Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşü ləğv etdiyini açıqlayıb.

O, ötən istirahət günlərində “Taliban” üsyançılarının rəhbərləri ilə Kemp-Deviddə keçirilməsi nəzərdə tutulan gizli görüşü ləğv edəndən sonra Əfqanıstanda sülh danışıqlarını rəsmən “ölü danışıqlar” adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan  

Tramp taliblərlə sülh danışıqlarını “ölü danışıqlar” adlandırıb

2019/08/15352-1567159626.jpg
Oxunub: 333     15:08     10 Sentyabr 2019    