Aprel döyüşlərinin qaziləri uşaqlar evində - FOTOLAR

2019/09/aa2e3-9408598656.jpg
Oxunub: 613     11:40     10 Sentyabr 2019    
Müdafiə nazirinin təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq Şəki şəhərində qarışıq tipli uşaq evində uşaqların asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə “Gənclərimiz - parlaq gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə 2016-cı ilin Aprel döyüşlərinin qaziləri, cəbhə bölgəsində yerləşən hərbi hissənin və Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Füzuli Dövlət Dram Teatrının kollektivi iştirak edib.

Çıxış edənlər körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğının daim böyük rəğbətlə qarşılandığını və ölkəmizdə prioritet məsələ sayıldığını vurğulayıblar.

Görüşün sonunda uşaqlara müxtəlif növ geyim dəstləri və yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbli ləvazimatları təqdim olunub.

Tədbirdə Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən göstərilən müxtəlif səhnəciklər və konsert proqramı maraqla izlənilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Tədbir  

Aprel döyüşlərinin qaziləri uşaqlar evində - FOTOLAR

2019/09/aa2e3-9408598656.jpg
Oxunub: 614     11:40     10 Sentyabr 2019    