ABŞ-ın iki komandanı Türkiyəyə səfər edəcək

2019/09/devri-1568099078.jpg
Oxunub: 364     16:08     10 Sentyabr 2019    
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Tomas Berqeson və Avropa Qüvvələri (EUCOM) komandanının müavini general-leytenant Stefen Tviti bu həftə Türkiyəyə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, amerikalı komandanlar Ankarada Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, SQ Baş Qərargah rəisi və başqa rəsmilərlə görüşəcəklər.

Görüşdə Suriyanın şimal-şərqində təhlükəsizlik mexanizminin reallaşdırılması ilə bağlı gələcəkdə veriləcək dəstək və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Tviti ötən ay Suriyada təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Türkiyədə səfərdə olub. Sentyabrın 8-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı ABŞ-ın mövqeyinə münasibət bildirib.

“Təhlükəsizlik bölgəsi ilə bağlı istədiklərimizin onların düşündükləri ilə eyni olmadığını atdığımız hər addımda görürük. Türkiyənin tələbləri reallaşmasa, sentyabrın sonunda Suriyanın şimalında hərbi əməliyyatlara başlayacağıq", - deyə Ərdoğan qeyd edib.

Xatrıladaq ki, Türkiyə ABŞ-a terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriyanın şimalından çıxmasını, Suriya-Türkiyə sərhədindən 32 km aralı Suriya ərazisində təhlükəsizlik bölgəsinin yaradılmasını təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ  

ABŞ-ın iki komandanı Türkiyəyə səfər edəcək

2019/09/devri-1568099078.jpg
Oxunub: 367     16:08     10 Sentyabr 2019    