ABŞ və Rusiya terrorçuluqla mübarizəyə dair görüşləri hər il keçirəcək

2019/09/hh-1568093064.jpg
Oxunub: 264     12:54     10 Sentyabr 2019    
"ABŞ və Rusiyanın terrorçulara qarşı mübarizəyə dair görüşləri hər il olacaq və yaxın gələcəkdə ekspert səviyyəsində davam etdiriləcək".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Vyanada ABŞ dövlət katibinin birinci müavini Con Sallivan və Rusiya Xarici İşlər nazirinin birinci müavini Oleq Sıromolotovla məsləhətləşmələrin ardından Dövlət Departamentindən bildirilib ki, ABŞ və Rusiya hər il iki ölkə arasında yüksək səviyyəli terrorizmlə mübarizəyə dair dialoq aparmağa razılıq veriblər.

"Həmçinin ABŞ və Rusiya antiterror ekspertləri gələcək aylarda əməkdaşlıq imkanlarını araşdırmaq üçün görüşəcəklər", - deyə Dövlət Departamentinin məlumatında qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya  

ABŞ və Rusiya terrorçuluqla mübarizəyə dair görüşləri hər il keçirəcək

2019/09/hh-1568093064.jpg
Oxunub: 265     12:54     10 Sentyabr 2019    