Mnatsakanyan görüşlərdə nədən danışır?| "Qarabağın adından danışmaq üçün mandatımız yoxdur"

2019/09/5675-1567764377.jpg
Oxunub: 649     13:35     06 Sentyabr 2019    
"Dağlıq Qarabağın (qondarma qurum-red.) adından danışmaq üçün bizim mandatımız, hüququmuz yoxdur".

Ordu.az erməni KİV-lərə istiandən xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan bu gün baş tutan mətbuat konfransı zamanı deyib.

"Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesinin hər bir mərhələsində dialoq və məsləhətləşmələrimizi dəqiqləşdirmək, Ermənistan və Qarabağın ümumi yanaşmalarını aydınlaşdırmaqla bağlı hissə var. Dağlıq Qarabağın adından danışmaq üçün bizim mandatımız, hüququmuz yoxdur", - deyə Mnatsakanyan bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-münaqişəsi   İşğal   Ermənistan  

Mnatsakanyan görüşlərdə nədən danışır?| "Qarabağın adından danışmaq üçün mandatımız yoxdur"

2019/09/5675-1567764377.jpg
Oxunub: 650     13:35     06 Sentyabr 2019    