Azərbaycanla Cənubi Koreya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTOLAR

2019/09/a197f-4703261430.jpg
Oxunub: 1193     11:01     06 Sentyabr 2019    
Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu - 2019" beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini cənab Çunq Sukvan ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlunata görə, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycanla Cənubi Koreya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTOLAR

2019/09/a197f-4703261430.jpg
Oxunub: 1194     11:01     06 Sentyabr 2019    