MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"

2019/09/5d714-1567745577.jpg
Oxunub: 1389     14:51     06 Sentyabr 2019    
"Rusiya kəşfiyyatı uzun müddət əvvəldən hazırlıq işləri aparılan və Əfqanıstandan gəlməsi gözlənilən terror kampaniyasının əlamətlərini aşkar etmişdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ MKİ-nin keçmiş analitiki Corc Bibi özünün “Rus tələsi: Rusiya ilə kölgə savaşımız nüvə fəlakətinə necə çevrilə bilər” kitabında yazıb.

Bibi qeyd edib ki, 11 sentyabr hücumlarından sonra ABŞ-a dəstək nümayiş etdirmək üçün Buşa zəng edən ilk xarici dövlət başçısı da Putin olub.

Bibinin kitabı bu həftə Amerikada nəşr olunub. Onun müəllifi əvvəllər Rusiya ilə əlaqəli MKİ-nin analitik şöbəsinə rəhbərlik edib və hazırda isə Vaşinqton ekspert mərkəzinin milli maraqlar üzrə vitse-prezidenti vəzifəsində çalışır.

Xatırladaq ki, Kremlin internet saytındakı xəbər arxivində V.Putinlə C.Buş arasında telefon danışığı haqqında 10 sentyabr 2001-ci il tarixli bir məlumat var. Zəngin ABŞ-ın təşəbbüsü ilə reallaşdığı və danışıq zamanı Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinə, eləcə də ən yüksək səviyyədə Rusiya-Amerika danışıqlarına hazırlıq işlərinin müzakirə olunduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

MKİ-nin keçmiş əməkdaşı: "Putin 11 sentyabr terroru barədə Buşu xəbərdar etmişdi"

2019/09/5d714-1567745577.jpg
Oxunub: 1390     14:51     06 Sentyabr 2019    