ABŞ Çini müharibədə məğlub etmək istəyirsə II DM-i yaxşı öyrənməlidir

2019/09/W23-1567582713.jpg
Oxunub: 1369     12:37     06 Sentyabr 2019    
ABŞ-ın sonuncu şübhəsiz qalib gəldiyi müharibə amerika hava gücünün inkişafında önəmli bir mərhələ olan Səhrada Tufandır. Stels, dəqiq və elektron müharibə sistemlərinin effekivliyini ortaya qoyan Körfəz Müharibəsi böyük uğur idi. Lakin bu müharibə zamanı ABŞ düşmənə qarşı həm logistika, həm say, həm də texnoloji cəhətdən müqayisəedilməyəcək dərəcədə üstün idi. Digər tərəfdən düşmən coğrafi baxımdan təcrid olmuşdu, zəif təlimli və az təchizatlıydı.

Güman ki, Birləşmiş Ştatlar bir daha heç vaxt belə bir üstün mövqedən əməliyyat aparmayacaq. Pentaqonun planlaşdırıcıları Çin Xalq Respublikasına qarşı qısa, qətiyyətli müharibə fantaziyalarından əl çəkməlidirlər. Çinlə potensial münaqişədə bu dəfə həm say, həm də coğrafi cəhətdən zəif mövqedə olan ABŞ olacaq. Üstəlik Çin son 20 il ərzində öz ordusunun inkişafını bir əsas prinsip əsasında təşkil etdi. Bu prinsip Səhrada Tufanın bir daha təkrarlanmasına yol verməməkdir.

Əgər ABŞ Hərbi Hava Qüvvələri ÇXR-i çəkindirməkdə öz üzərində düşəni etməyə çalışsa, Pentaqon texnologiya qədər həm də coğrafiyaya əsaslanan məqbul strategiyaya töhfə verməlidir. Bu, ABŞ ÇXR-ə qarşı effektiv şəkildə vuruşa bilmir demək deyil, sadəcə o, bu müharibəni 20 il öncə İraq üzərində uğurlu olmuş texniklərlə edə bilməz. Bunun üçün İkinci Dünya müharibəsində ada dövləti Yaponiyaya qarşı mübarizəni xatırlamaq lazımdır.

Yaponiyaya qarşı Pasifik müharibə sürətli müharibə deyildi. Onun “şok və qorxu” komponenti yox idi. Bu müharibənin üstünlüyü Yaponiyanın əsas adalarına cənubda yanaşar, məhdud imkanlardan mükəmməl şəkildə istifadə edərkən, həm də digər cəbhələrdən təzyiqin davam etdirilməsi idi. Bu cəbhələrə Çinin daxili, Yeni Qvineya, Filippin Adaları, Hindistan və Birma daxildir.

Fundamental olaraq, bu müttəfiq qüvvələr üçün logistik zəncir formalaşdırılmasına fokuslanmış kampaniyalar seriyası idi. O, hava gücünün Yaponiyaya qarşı ən yaxşı formada istifadəsinə imkan verdi. Bununla eyni dərəcədə əhəmiyyətli olan başqa bir nüans isə ada dövlətinə qarşı həyata keçirilən əks-logistik kampaniya idi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin   Müharibə  

ABŞ Çini müharibədə məğlub etmək istəyirsə II DM-i yaxşı öyrənməlidir

2019/09/W23-1567582713.jpg
Oxunub: 1370     12:37     06 Sentyabr 2019    