Erməni partiya sədri: “Köçəryana təbrik Ermənistana təzyiq kimi dəyərləndirilməlidir”

2019/09/00-70-1567508200.jpg
Oxunub: 619     17:06     03 Sentyabr 2019    
“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Robert Koçaryanı təbrik etməsi, yalnız dostluq münasibətlərnin nəticəsi deyil, həmçinin çoxşaxəli məsələdir. Bu, Ermənistana təzyiq kimi dəyərləndirilməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Vətən və Şərəf” partiyasının sədri Qarnik Marqaryan deyib.

O bildirib ki, rus sərmayələrinin həcmi hiss ediləcək dərəcədə azalıb və bu boşuna baş vermir.

“Həbsdə olan şəxsə ciddi və əsaslı ittiham irəli sürülüb. İstintaq orqanının nümayəndələri uşaq deyil, ciddi hüquqşünaslardır və kifayət qədər əsas olduğuna görə onu yenidən həbs ediblər. İndi, Moskva öz təzyiqləri ilə Koçaryanı xilas etməyə çalışır”, - deyə partiya sədri qeyd edib.

Marqaryan bildirib ki, Levon Petrosyan-Yeltsin cütlüyü bir zamanlar həqiqətən problemləri həll edilirdi. Koçaryanın vaxtında isə strateji vacib təyinatlı bir çox obyektlər ucuz qiymətə Rusiyaya verildi.

“İndi də təkidlə soruşuram, niyə bizim strateji şirkətlərin böyük bir hissəsi Rusiyaya hədiyyə edildi və indi niyə Rusiyanın təsiri altındadır?”, - deyə Marqaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   Böhran   Köçəryan  

Erməni partiya sədri: “Köçəryana təbrik Ermənistana təzyiq kimi dəyərləndirilməlidir”

2019/09/00-70-1567508200.jpg
Oxunub: 620     17:06     03 Sentyabr 2019    