Ermənistanın dövlət orqanlarına baxış: Paşinyan istefa verəcək?

2019/09/14275-1567501786.jpg
Oxunub: 2037     16:07     03 Sentyabr 2019    
Bir müddətdir ki, Ermənistan mətbuatı Paşinyan hökumətində və ümumilikdə komanda daxilində parçalanma ehtimalını müzakirə edir və işıqlandırır. Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyanın qanadı, Baş nazirin müavinləri Tiqran Avinyan və Mher Qriqoryanın qanadları, parlamentin spikeri Ararat Mirzoyanın qanadı, “Soros”çu yüksək vəzifəlilər, Sasun Mikaelyanın qanadı və s. deyə Paşinyan hakimiyyəti bir neçə qanada parçalanıb. Bu qruplaşmaların biri digərinə qarşı dözümsüzlük nümayiş etdirir və hər birinin öz kölgə siyasəti mövcuddur.

Güc strukturları ətrafında mövcud vəziyyət

Ermənistan Dövlət Nəzarəti Xidmətinin sabiq rəisi Davit Sanasaryan və onun iki əməkdaşının iştirakı ilə baş verən cinayətdən sonra Milli Təhlükəsizlik Xidməti Sanasaryana qarşı ittihamla çıxış etdikdə, hakimiyyətin “Soros”çu qanadı, bəzi icimai təşkilatlar və “Vətəndaş müqaviləsi” partiyasının bəzi vəzifəliləri MTX direktoru Artur Vanetsyanı hədəfə aldı.

Bu addım sanki Paşinyanı narahat etmirdi, hətta xoşuna gəlirdi. Hökumət iclaslarında MTX rəhbərinə və polis rəisinə elə absurd göstərişlər verilirdi ki, onlar jurnalistlərin kameraları önündə təəccüblərini gizlədə bilmirdilər.

Hökumət iclaslarından birində Paşinyan daxil olan məlumatlara toxunarkən qaz və yanacaq doldurma nəzarət kassa aparatlarının talon vermədiyini xatırladıb və Ermənistan Polis İdarəsinin rəisi Valeri Osipyana və MTX direktoru Artur Vanetsyana müraciət edərək bu məsələnin niyə həll olunmadığını soruşub: “Cənab Osipyan, cənab Vanetsyan niyə bu məsələni həll etmirsiniz, bu məsələ nə qədər qalmalıdır. Xüsusilə MTX niyə nəzarət kassa aparatları məsələsi ilə məşğul olmalıdır? Bu onun fəaliyyət dairəsinə daxil olmaması məsələsi isə başqa bir sualdır”.

Lakin Paşinyan ictimai şəkildə MTX-ni və onun rəhbərini nəzarət kassa aparatlarının tətbiqini tələb edən səviyyəyə endirmək istəyir.

Keçən müddət ərzində bu kimi nümunələr çox olub. Paşinyan MTX direktoru Artur Vanetsyanın və Müdafiə naziri Davit Tonoyanın ictimaiyyət arasında artan nüfuzuna və yüksək reytinqinə tab gətirə bilmir.

“GALLUP International Assosation” şirkətinin Ermənistandakı tamhüquqlu üzvü “Em Pi Ci” MMC aprelin 30-dan mayın 9-a dək olan müddət ərzində keçirdiyi sorğuya əsasən erməni sakinlər hökumətin qeyd olunan 2 nüfuzlu şəxsinin fəaliyyətini yüksək qiymətləndiriblər. 1-5 bal intervalında qiymətləndirmə zamanı ən yüksək qiyməti 4.2 balla MTX direktoru Artur Vanetsyan və Müdafiə naziri Davit Tonoyan toplayıb. Həmin şirkətin eyni dövrdə keçirdiyi sorğuya əsasən, Paşinyanın reytinqi 10% aşağı düşüb.

Bu sorğudan aylar keçib və iqtidar komandası daxilində əminlik var ki, Paşinyanın reytinqi sürətlə aşağı düşməkdədir. Onun yumoristik personajları xatırladan birbaşa yayımları, sabiq Sarkisyan hakimiyyətinin ünvanına təhqirlər səsləndirməsi, arvadının fondlarına və digər sahələr üçün pul köçürülməsinin təmin edilməsi məlum olduğu bir halda artıq erməni ictimaiyyətini aldatmaq mümkün deyil.

Bütün bu baş verənlər erməni sakinlərinin həyatında hər hansı bir dəyişikliyə səbəb olmur, onlar özünü aldadılmış hesab edir. Xalq dərk edir ki, hissiyatlarından istifadə edərək hakimiyyətə gəlib və Robert Koçaryanın həbs edilməsi ilə əslində Nikol Paşinyan “1 Mart” hadisəsinin üstünü açmaqla yox, onu özünə sərf edən ssenari üzrə işıqlandırmaqla məşğuldur. Əks halda onun özü və birinci prezident Levon Ter Petrosyan ilk növbədə məsuliyyət cəlb olunmalıdır.

Yeri gəlmişkən, aylar öncə bütün cəmiyyət və xüsusilə Paşinyanın komandasının mübahisəli qanadları Nikol Paşinyan tərəfindən məhkəmələrin girişlərinin bağlanmasına dair çağırışına cəmi 1100 adamın cəlb olunduğunun şahidi oldular. Bu məlumatları Paşinyana dəstək verən “Maarifləndirilmiş Vətəndaşlar Birliyi” İctimai Təşkilatının sədri Danielyan İoanisyan yayıb. Məlum olduğu kimi, İoanisyan Davit Sanasaryana qarşı ittiham irəli sürüldükdən sonra Artur Vanetsyanın əleyhinə kəskin və açıq formada hücumlara başlayıb.

İonisyanın “Facebook” səhifəsi silinib və ehtimal olunurdu ki, “Soros”çu hesab edilən fəalın qeyri-adi yox olması MTX-nin fəaliyyəti ilə əlaqəldir. Dolaşan şayiələrə görə, İonisyana məlumat ötürülüb. Bu məlumatdan sonra Sanasaryanın dəstəkçisi olan Dövlət Nəzarəti Xidməti ilə bağlı məlum məsələ ilə əlaqədar mövqeyini dəyişməyə məruz qalıb.

Həmin günlərdə Bişkekdən əlaqə yaradan İonisyan bildirib ki, onun fikrinə görə səhifələrin silinməsi dövlət qurumaları ilə bağlı deyil. Bütün bu baş verənlərdə Rusiya ilə bağlı izlər olduğu düşünülürdü. Onun sözlərinə görə , səhifəsi silinən 4 fəal anti-rus təbliğatı aparanlar olub və bununla da xarici qüvvələrin təsiri ilə səhifələrinin “Facebook”dan silindiyini ehtimal edilir. O, MTX-nin direktoru Artur Vanetsyanın isə bu işdə maraqlı tərəf kimi çıxış etməsini mümkün hesab edib.

MTX direktoru Artur Vanetsyana və Müdafiə naziri Davit Tonoyana qarşı Paşinyanın və onun bəzi silahdaşlarının mənfi münasibət bəsləməsinin başqa səbəbləri də var. Əslində adları qeyd edilən şəxslərin nüfuzu yalnız Ermənistanda deyil, Rusiyada və Ermənistanla əməkdaşlıq edən digər ölkələrdə də qismən yüksəkdir. Həmin ölkələrin bəziləri Nikol Paşinyanı qeyri-ciddi insan hesab edərək, dövlət maraqları naminə heç olmasa bəzi ciddi məmurlarla müzakirələr aparılmasına, razılaşmalar əldə edilməsinə üstünlük verirlər.

Paşinyan hökumətində vəziyyət

Ermənistan hökumətində, xüsusilə Baş nazir Administrasiyasında vəziyyət qeyri-sabitdir. Administrasiyanın vaxtı ilə klub həvəskarı DJ Edo kimi tanınan rəhbəri Eduard Ağacanyan təsir dairəsini möhkəmləndirməyə çalışır.

Əldə edilən məlumatlara görə, bir çox idarələrdə fəaliyyətsizlik hökm sürür, hətta hökumət iclaslarının gündəliyini çətinliklə tərtib etməyi bacarırlar. Hökumət iclaslarının bir çoxunun qapalı formada keçirilməsi təsadüfi deyil, əslində heç bir gündəlik yoxdur. Hətta bəzən sabiq hakimiyyətin iclaslarında müzakirə edilmiş məsələləri gündəliyə çıxardıqları anlar da baş verir.

Ermənistan Xarici İşlər Nazirliyindəki vəziyyət

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla bağlı vəziyyət tam başqa cürdür. Mnatsakanyanın vəziyyəti daha mürəkkəbdir. Bəzi məlumatlara əsasən, Mnatsakanyan da vacib məsələlərlə bağlı Paşinyanla dəqiqləşdirmə aparmasına çətinliklə nail olur. ATƏT-in Minsk qrupunun həmsədrləri və ölkələrin Xarici İşlər nazirləri Paşinyandan yox, Mnatsakanyandan hər hansı məsələnin cavabını tələb edirlər. Bir çox hallarda o, Paşinyanla vəziyyətin dəqiqləşdirilməsini aparmağa məcbur olmaqla yanaşı, təcrübəsiz hakimiyyət nümayəndələrinin çıxışlarının nəticələrini aradan qaldırmağa məcbur olur. Misal üçün, Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrovla təmas zamanı Mnatsakanyan çətinliklərlə üzləşir.

Ermənistan hakimiyyəti daxilində bir sıra qüvvələrin xarici işlər vəzifəsinə can atmasını nəzərə alsaq, məsələ daha kəskin reakisya alır. Dəfələrlə mətbuatda qeyd edildiyi kimi, Xarici İşlər naziri vəzifəsinə Paşinyanın sözçüsü Vladimir Karapetyan iddialıdır. Xatırladaq ki, Karapetyan Robert Koçaryanın hakimiyyəti dövründə Xarici İşlər naziri Vardan Oskanyanın mətbuat katibi, daha sonra Levon Ter Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” partiyasının xarici münasibətlər komissiyasının sədri olub.

Ermənistan parlamentindəki vəziyyət

Parlamentin hakim “Mənim addımım” partiyasının 88 nəfərlik fraksiyası daxilində fikir ayrılığı və dözümsüzlük aydın şəkildə görünməkdədir. Biri digərini məlumat sızıntısında, oyun oynamaqda ittiham edir. Başqa biri digərinə qarşı hər hansı qüsur tapmaqla öz mövqeyini möhkəmlədir. Xatırladaq ki, həmin fraksiyanın 52 deputatı “Vətəndaş Müqaviləsi” partiyasının üzvüdür. 3 nəfər “Arakelutyun” (Missiya) partiyasının üzvü, 33 nəfər isə bitərəfdir.

Erməni deputatların bir çoxu nəinki Paşinyan və onun arvadının davranış tərzini müdafiə etməyə cəhd edir, hətta onlardan uzaq durmağa çalışırlar. Onlar dərk edir ki, Paşinyan və icra orqanında özünə yer tutanlar hakimiyyətin yaxşı tərəflərindən faydalanmağa çalışır və özlərinin yeni başlayan karyerasını onların ucbatından nüfuzdan düşməsindən çəkinirlər.

İstanbul Konvensiyası məsələsi erməni cəmiyyətinin geniş dairələrində ciddi şəkildə tənqid edildikdən sonra, erməni parlamentində müvəqqəti olaraq onun müzakirəsini təxirə salmağa nail olan Paşinyan Amulsar dağ mədəni problemindən yayına bilməyəcək. Çünki söhbət ölkənin ən iri sərmayə layihəsindən gedir. Bu günədək yüzlərlə insanı işsiz qoyaraq ölkənin sərmayə mühitinə və dövlət büdcəsinə zərbə vurmaqla köhnə hakimiyyəti korrupsiyaya bulaşmaqda ittiham edən Paşinyan bunu sübuta yetirə bilməyib. Bundan əlavə, sabiq hakimiyyəti Amulsar qızıl mədənindəki anlaşmaya görə tənqid edən Paşinyan naməlum Livan şirkətinə ekspert rəyi verilməsi üçün dövlət büdcəsindən əlavə 400 min dollar vəsait ayırıb.

Göründüyü kimi, Paşinyan müəyyən xarici qüvvələr və təşkilatlar qarşısında ədalət, təhsil və digər sahələrdə, o cümlədən, Qarabağ problemində hansısa addımların atılacağına dair vədlər verib. Bütün bunlara baxmayaraq, onun sülhə hazırlıq layihəsi həyata keçirilə bilmədi. Konstitusiya məhkəməsində hansısa xarici qüvvələr tərəfindən qoyulan tələblər və ən vacib olan Qarabağ məsələsi özünü büruzə verir. Sanki halqa getdikcə daralır, bununla yanaşı yalnız “Sasna Tsrer” yox, həm də məxməri inqilab iştirakçısı olan qrupların Paşinyandan narazılıqları artmağa başlayır.

İnqilabçı hakimiyyət daxilində inqilab

Amulsar qızıl mədəni mövzusu hər istiqamətdə istifadə edilir. Hərtərəfli dalana dirənən Paşinyan inqilabına dəstək verən qüvvələr tərəfindən də istifadə ediləcəyi istisna edilmir. Bir tərəfdən hakimiyyətin qorunub saxlanması problemi, digər tərəfdən ölkənin istər siyasi, istər iqtisadi baxımından daxili və xarici ciddi çağırışlar qarşısında qalması Paşinyanı çıxılmaz vəziyyətə salıb. Geri dönüş ümumiyyətlə yoxdur. Zaman hakimiyyətə qarşı işləyir.

Günbəgün Paşinyan və onun hakimiyyətinə qarşı erməni cəmiyyətinin dəstəyi azalmaqdadır. Paşinyanın sipər kimi istifadə etdiyi xalq, baş verənləri dərk edərək geri çəkilir. İnqilaba dəstək verən bəzi şəxslər birləşərək, lap əvvəldən Paşinyanın inqilabın ideologiyasına xəyanət etdiyini və şərti pozduğunu düşünürlər. Onlar hesab edir ki, Paşinyan özü-özünü baş nazir elan etməməliydi, çünki bu cür razılıq olmayıb. Digər tərəfdən yarı savadlı və təcrübəsiz insanları vəzifələrə təyin etməklə, ölkə iqtisadiyyatını təhlükə qarşısında qoyduğu düşünülür. Onlar hesab edir ki, ölkənin xarici siyasət kursu nəinki dəyişməyib, hətta Serj Sarkisyan dövründəkinə nisbətən daha çox rus meyilli olub.

Bəs bu saraydaxili, partiyadaxili, daxili siyasi qarışıqlıqlar və hadisələrin inkişafı nə ilə nəticələnəcək?

Artıq ötən gün Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasının deputatı Eduard Arakelyan deputat mandatından imtina edib. Onun bu addımı hamı üçün gözlənilməz olub. Hakimiyyət daxilində inqilabla mandat əldə edən deputatın bu addımından heyrətə gəliblər. Fraksiyanın intellektual hissəsinin nümayəndəsi hesab edilən Arakelyanın bu addımı problem deyil, məsələ burasındadır ki, cəmi bir neçə gün öncə KİV-lərə verdiyi müsahibəsində Arakelyan fraksiya daxilindəki parçalanmanı istisna edərək, partiyadakı plüralizmi alqışlayıb.

Yeri gəlmişkən bir neçə gün öncə Nikol Paşinyan fraksiyadakı öz deputatları ilə görüş keçirib. O, Amulsar problemi səbəbindən fraksiyasının dağıla biləcəyi ilə bağlı yayılan məlumatlardan təəccübləndiyini bildirib. Adlar çəkmədən fraksiyadan çıxma niyyətində olan deputatları təhqir edib.

“Bu Amulsar məsələsində qorxduğunuz halda, parlamentə daha vacib məsələlər çıxarılarsa, nə edəcəksiniz?” deyə onları mandat sahibinə çevirməsi səbəbkarı kimi yüksək səs tonu ilə çıxış edib.

Bildirilir ki, İrəvan şəhər meriyasında da təhlükəli bir vəziyyət yaranıb. Hayk Marutyan artıq istefası barədə danışmağa başlayıb. Şəhər meriyasının hakim fraksiyasının üzvləri də fraksiyadan çıxmağa hazırlaşırlar. Beləliklə, hamı Amulsar qızıl mədəni məsələsi ilə bağlı Paşinyanın siyasi qərarını gözləyir. Həm xaricdə, həm daxildə bu qərarı gözləyənlərin sayı artıb. İlin sonunadək isə artıq Rusiya ilə qazın satın alma qiymətləri ətrafında danışıqlar başa çatmalıdır. Təbii ki, qazın satınalma qiyməti artırılacaq. Ermənistan hakimiyyəti, xüsusilə Paşinyan vaxt məhdudiyyəti içərisindədir. Bunun sübutu “Facebook” sosial şəbəkəsində də üzr istəmə halları, tələsik efirlər, yumor janrındakı qeydlər, dondurma yemək, Arno Babacanyanın abidəsini gecəqonduya çevirmək, hansısa iqtisadi göstəriciləri elan etmək, Ermənistan istehsalı geyim haqqında danışmaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İstefa   Böhran  

Ermənistanın dövlət orqanlarına baxış: Paşinyan istefa verəcək?

2019/09/14275-1567501786.jpg
Oxunub: 2038     16:07     03 Sentyabr 2019    