Britaniya müharibə zamanı İraqdan oğurlanan 156 tarixi əsəri geri qaytarıb

2019/08/I5SFQ-1567237694.jpg
Oxunub: 464     13:09     31 Avqust 2019    
Birləşmiş Krallığın məşhur muzeyi Britaniya Muzeyi İraqa aid 156 tarixi əsəri geri qaytarıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəzilərinin təxminən 4 min il əvvələ aid olduğu təxmin edilən əsərlərin İraq müharibəsi zamanı ələ keçirildiyi və mütəşəkkil satıcılar vasitəsilə BƏƏ-yə qaçırıldığı güman edilir.

Məlumata görə, geri qaytarılan gil tablolar tarixin ilk yazı nümunələrindəndir.

Bildirilir ki, tabloların çoxu “İrisaqriq” adlı yerə aid inzibati arxivlərdə qeydiyyatlı, iqtisadiyyatla bağlı yazılardan ibarətdir. Əsərlər arasında, həmçinin qədim babillilərdən qalma hüquqi və məktəbə aid mətnlər də var. Riyazi bir mətnin də təsərrüfatla bağlı ola biləcəyi ehtimal edilir.

Britaniya Muzeyi qara bazarda yüz minlərlə dollara alıcısı olacağı qeyd edilən əsərlərin 2011-ci ildə Birləşmiş Krallığa səhv bəyannamə ilə buraxıldığını bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BƏƏ   İraq  

Britaniya müharibə zamanı İraqdan oğurlanan 156 tarixi əsəri geri qaytarıb

2019/08/I5SFQ-1567237694.jpg
Oxunub: 465     13:09     31 Avqust 2019    