İDDİA: Tramp Ukraynaya hərbi yardımı blok edəcək

2019/08/15352-1567159626.jpg
Oxunub: 393     16:00     30 Avqust 2019    
ABŞ Prezidenti Donald Trampın Ukraynaya verilməsi planlaşdırılan 250 milyon dollar həcmində hərbi yardımı blok edəcəyi iddia edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kiyev rəhbərliyinə ölkənin şərqindəki separatçılarla mübarizə üçün verilməsi planlaşdırılan yardım paketi, Konqres tərəfindən təsdiq olunsa da, Tramp tərəfindən hələ ki, təsdiq edilməyib və yardım paketinə mane olacağı bildirilib.

Ağ Evin Konqres və müvafiq orqanlara bu barədə məlumat verməyə başladığı bildirilib. Kiyevdən isə məsələ ilə bağlı hələlik hər hansı bir açıqlama verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Ukrayna  

İDDİA: Tramp Ukraynaya hərbi yardımı blok edəcək

2019/08/15352-1567159626.jpg
Oxunub: 394     16:00     30 Avqust 2019    