BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ və Rusiya qarşılıqlı ittihamlar irəli sürüblər

2019/08/39853-1566641258.jpg
Oxunub: 419     17:09     24 Avqust 2019    
1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilə silahlanmanın və yeni təhlükəli silahların hazırlanması qarşısında çox az maneələrdən biri idi və “soyuq müharibə”nin başa çatmasında mühüm rol oynayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin saytı məlumat yayıb.

Məlumata görə, bu fikri təşkilatın Təhlükəsizlik Şurasının Çin və Rusiyanın tələbi ilə çağırılan iclasında BMT-nin silahlanmaya qarşı Ali nümayəndəsi İsumi Nakamitsu səsləndirib.

“Həmin müqavilənin ləğvi heç kimin qarısını ala bilməyəcəyi yeni silahlanmanın və raket texnologiyalarının daha geniş yayılmasının katalizatoru rolunu oynaya bilməz. BMT Baş katibinin adından bütün dövlətləri dünyadakı onsuz da kövrək olan vəziyyətin gərginləşməsi üzrə addımlardan çəkinməyə və mümkün qədər tez bir zamanda silahlanma üzərində yeni beynəlxalq nəzarətin mexanizmlərini axtarmağa çağırıram. Raket texnologiyaları üzərində nəzarət mexanizmi və ballistik raketlərin yayılmasının qarşısının alınması üzrə Haaqa məcəlləsi indiki vəziyyətdə kifayət etmir”, - deyə Nakamitsu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   9M729   BMT-TŞ  

BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ və Rusiya qarşılıqlı ittihamlar irəli sürüblər

2019/08/39853-1566641258.jpg
Oxunub: 420     17:09     24 Avqust 2019    