Əfqanıstanda sülhməramlı qüvvələrin konvoyuna bombalı hücum olub

2019/02/12143-1549970593.jpg
Oxunub: 588     16:08     24 Avqust 2019    
Avqustun 24-də səhər saatlarında Əfqanıstanda sülhməramlı qüvvələrin konvoyuna bombalı hücum edilib.

Ordu.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu ölkənin Pərvan əyalətinin Səyyad rayonundakı Baqram hərbi aerodromunun yaxınlığında bir avtomobilə yerləşdirilmiş əldəqayırma bomba partladılıb.

Məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Pərvan əyalətinin polis rəisi Məhəmməd Mahfuz jurnalistlərə bildirib ki, terrorçular aerodromu mühafizə edən əcnəbi əsgərlərin xidmət etdikləri konvoyu hədəf alıblar.

ABŞ-ın Əfqanıstandakı qoşun kontingentinin sözçüsü, polkovnik Sonni Leqqet isə vurğulayıb ki, Birləşmiş Ştatlar və Koalisiya qüvvələrinin əsgərləri arasında itki yoxdur.

Qeyd olunur ki, terror aktına görə məsuliyyəti “Taliban” qiyamçıları öz üzərinə götürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan   Sülhməramlı  

Əfqanıstanda sülhməramlı qüvvələrin konvoyuna bombalı hücum olub

2019/02/12143-1549970593.jpg
Oxunub: 589     16:08     24 Avqust 2019    