Qazaxıstanda polkovnik bədbəxt hadisə nəticəsində həlak olub

2019/08/15665-1566627885.jpg
Oxunub: 402     10:25     24 Avqust 2019    
Qazaxıstanın Kapşaqay rayonu yaxınlığında bədbəxt hadisə baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kapşaqayın cənub-qərbində hərbçilər Mi-17 helikopterindən tullanmaqla paraşüt hazırlığı təlimləri keçiblər.

Qazaxıstan ordusunun polkovniki Aldınqurov təxminən 200-250 metr yüksəklikdən tullanan zaman paraşütünü açmaq istəyib. Əsas paraşütün açılmadığını görən hərbçi ehtiyat paraşütdən istifadə etmək qərarına gəlib. Lakin onun bütün cəhdləri uğursuzluqla nəticələnib və hərbçi yerə düşərək həyatını itirib.

Hazırda hadisənin səbəbləri araşdırılır. Hərbi qulluqçunun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 453-cü maddəsinin 2-ci hissəsinin “Xidmətdə ağır nəticələrə gətirib çıxara biləcək səhlənkar münasibət” maddəsi ilə cinayət işi başlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazaxıstan   Polkovnik  

Qazaxıstanda polkovnik bədbəxt hadisə nəticəsində həlak olub

2019/08/15665-1566627885.jpg
Oxunub: 403     10:25     24 Avqust 2019    