MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib

2019/08/img_8-1566627614.jpg
Oxunub: 502     11:58     24 Avqust 2019    
Avqustun 23-də Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər.

İclası açan Tacikistanın Müdafiə naziri Şirəli Mirzo müasir dünyadakı təhlükələrdən narahat olduğunu bildirib, gələcəkdə hərbi və hərbi texniki əməkdaşlığın gücləndirilməsinə diqqəti artırmağın vacibliyini vurğulayıb.

Həmçinin birgə təlimlər, mina əleyhinə əməliyyatlar, kimyəvi və bioloji sistemlərin genişləndirilməsi, topogeodeziya vasitələri ilə təminat, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması və digər məsələlər müzakirə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tacikistan   MDB  

MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib

2019/08/img_8-1566627614.jpg
Oxunub: 503     11:58     24 Avqust 2019    