Cənubi Koreya KXDR-in yeni raket buraxılışından narahatdır

2019/08/40ec1-1566626023.jpg
Oxunub: 544     13:13     24 Avqust 2019    
Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının yeni raket buraxılışından narahat olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Administrasiyasının xəbərində deyilir.

Rəsmi Seul Pxenyanı regionda gərginliyin güclənməsinə gətirib çıxara biləcək hərəkətlər etməməyə çağırıb.

“Çon Iy Yonun sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iştirakçıları raketlərin yeni buraxılışından ciddi narahatlığını ifadə edir və Şimali Koreyanı gərginliyin eskalasiyasına aparan hərəkətlərdən çəkinməyə çağırır”, - deyə Cənubi Koreya Prezidenti Administrasiyasının xəbərində bildirilir.

Məlumata görə, Cənubi Koreya ABŞ-la birlikdə Koreya Xalq Demokratik Respublikasının raketləri haqqında məlumatları yığmaqda davam edəcək. Seul, həmçinin Şimali Koreyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqları davam etdirməyə də çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Koreya  

Cənubi Koreya KXDR-in yeni raket buraxılışından narahatdır

2019/08/40ec1-1566626023.jpg
Oxunub: 545     13:13     24 Avqust 2019    