KXDR növbəti dəfə ballistik raket buraxıb

2019/08/10569-1566624461.jpg
Oxunub: 437     09:27     24 Avqust 2019    
Koreya Xalq Demokratik Respublikası növbəti dəfə ballistik raket buraxıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

“Raketlər bizim ölkəmizin xüsusi iqtisadi zona olan ərazi sularına çatmayıblar”, - deyə Yaponiyanın İctimai Televiziyası ölkə hökumətinin nümayəndəsinin sözlərini sitat gətirib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının buraxdığı raketlər ballistik olub.

“Raketlər Yaponiyanın birbaşa təhlükəsizliyi üçün heç bir təhlükə törətməyib. Bu ilin yayında Koreya Xalq Demokratik Respublikası raket sınaqlarını yeniləyib. KXDR sonuncu dəfə avqustun 10-da raket buraxıb. Həmin vaxt kiçik mənzilli iki ballistik raket təxminən 400 kilometr uçub”, - deyə nazirlik bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Yaponiya  

KXDR növbəti dəfə ballistik raket buraxıb

2019/08/10569-1566624461.jpg
Oxunub: 438     09:27     24 Avqust 2019    