Paşinyanın müşavirinin arvadına aid şirkət MN-lə bir gündə 4 müqavilə bağlayıb – FAKTLAR

2019/08/6429c-1566547266.jpg
Oxunub: 2429     12:11     24 Avqust 2019    
Xəbər verdiyimiz kimi, 2018-ci il dekabr ayının 12-də Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat idarəsinin sabiq rəisi general-mayor Arşak Karapetyan Baş nazir Paşinyanın müşaviri təyin edilib. Karapetyanla bağlı müxtəlif qaranlıq məqamlar var. Bunlardan ən əsası rəhbərlik etdiyi kəşfiyyat idarəsinin 4 günlük aprel döyüşlərində yol verdiyi səhlənkarlıq olduğu bildirilir.

Bu nöqsanlar barədə Ermənistanda hakimiyyət dəyişikliyindən əvvəl Gümrüdən İrəvana yürüşə başlayarkən, məhz Paşinyan və onun komandası da məsələ qaldırıb. Həmin vaxt Paşinyan və komandası kəşfiyyat rəisi Karapetyanın niyə cəzalandırılmadığına dair təəccüb etdiklərini bildiriblər.

Karapetyan dövlət vəzifəsi tutmaqla yanaşı biznesi olan məmurlardan olub. Onun biznesi dövlət hesabına inkişaf edib. Karapetyan hərbi sahədə yüksək vəzifəyə təyin edildikdən sonra 1999-cu ildə Aşot Mkrtçyanla birgə təhlükəsizlik sistemləri ilə məşğul olan “Elkomp” MMC-ni təsis edib. Daha sonra Karapetyan şirkətdəki öz payı ilə məşğul olmağa son verib və bu işləri arvadı Roza Karapetyan davam etdirib.

“Elkomp” şirkətinin tərəfdaşlarının böyük bir qismi dövlət müəssisələri olub. Fəaliyyəti müddətində şirkət daim Ermənistan hökuməti administrasiyası, parlament, kənd təsərrüfatı sahəsi, Milli sərgi salonu, İrəvan dövlət kamera teatrı, “Nork” sosial xidmətlər texnoloji maarifləndirmə mərkəzi-fondu, Ermənistan Dövlət Pedaqoji İnstitutu, Rusiya-Ermənistan Dövlət (Slavyan) Universiteti, İrəvan Dövlət Tibb Universiteti, İrəvan metropoliteni, Qiymətləndirmə və test mərkəzi, Kənd Təssərrüfatı Nazirliyi layihələrinin həyata keçirilməsi proqramı, “Ev şəraitində təkyaşlı insanların və əlillərin sosial xidmət mərkəzi” qeyri-kommerisya təşkilatı, “Pokr Mher” hərbi liseyi, Ermənistan Milli Elmlər Akademiyası, sosial xidmətləri tənzimləyən mərkəz, İrəvan polis idarəsi, İrəvan şəhər rəhbərliyi, Ermənistan polisi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Təbiəti Mühafizə Nazirliyi, Dövlət Gəlirləri Komitəsi, Yüksək gərginliki elektrik şəbəkəsi, Ermənistanın prezident administrasiyası, Vağarşapat xəstəxanası, Şenqavit tibb mərkəzi, Aştarak tibb mərkəzi, 13 nömrəli poliklinika, Qeorisk şirkəti, İrəvan avtobus şirkəti, İrəvan İES, Ermənistan Atom Stansiyası, Ermənistan elektrik şəbəkələri şirkəti, Sayat Nova musiqi məktəbi və bu kimi digər dövlət qurumlarının sifarişlərini icra edib.

Göründüyü kimi Karapetyana məxsus və arvadı tərəfindən idarə edilən şirkətinin gəlirlərinin əsas hissəsini dövlət sifarişləri təşkil edib. Hətta Karapetyan Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi olarkən də Müdafiə Nazirliyindən sifarişlər alıb. Əlbəttə maraqların toqquşması və korrupsiya faktının baş verdiyini inkar etmək qeyri-mümkündür.

Karapetyanın təsis etdiyi şirkətlə Ermənistan Müdafiə Nazirliyi 2016-cı ilin aprel döyüşlərindən qısa müddət əvvəl martın 14-də satınalmalar barədə müqavilə imzalayıb. 2017-ci ildə “Elkomp” şirkətinin dövlət satınalmaları barədə prosesdə iştirak etmə hüququndan mərhum edilməsinə dair şikayət edilib. Maraqlıdır ki, Karapetyan Paşinyanın müşaviri təyin edilməsindən bir gün əvvəl, yəni 2018-ci il dekabr ayının 11-də satınalmalarla bağlı şikayətlərin araşdırılmasını həyata keçirən şəxs Maliyyə Nazirliyinin şikayətini rədd edərək, “Elkomp” şirkətinin dövlət satınalmaları prosesində iştirakına icazə verib.

Bu qərardan cəmi 2 ay sonra 2019-cu ilin fevral ayının 4-də 50% səhmləri Karapetyanın arvadına aid olan şirkət Ermənistan Müdafiə Nazirliyi ilə tədarükə dair 4 müqavilə imzalayıb.

Alpər Mövludoğlu.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Arşak-Karapetyan   Korrupsiya  

Paşinyanın müşavirinin arvadına aid şirkət MN-lə bir gündə 4 müqavilə bağlayıb – FAKTLAR

2019/08/6429c-1566547266.jpg
Oxunub: 2430     12:11     24 Avqust 2019    