BMT: Son bir ayda Liviyada 90 nəfər həlak olub

2019/04/6e485-1556083955.jpg
Oxunub: 386     19:39     22 Avqust 2019    
Birləşmiş Millətlər Təşkilatı (BMT) Xəlifə Həftərin rəhbərliyi altındakı Liviya Milli Ordusu ilə qəbilə müxalifləri arasında qarşıdurmalarda son bir ayda 90 nəfərin həlak olduğunu açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT Humanitar İşlər Koordinasiya Ofisinin mətbuat katibi Yens Laerke bildirib.

"Murzuk şəhəri və ətrafında azı 90 mülki vətəndaş həlak olub, 200-dən çox adam isə yaralanıb", - deyə o qeyd edib.

Laerke, təxminən 45 nəfərin avqustun 4-də təşkil edilən aviahücum nəticəsində həlak olduğunu da vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Liviya   BMT  

BMT: Son bir ayda Liviyada 90 nəfər həlak olub

2019/04/6e485-1556083955.jpg
Oxunub: 387     19:39     22 Avqust 2019    