"İki nüvə silahı olan bir ölkəyə baxırsınız..." - İmran Xan

2019/02/imran-1551360135.jpg
Oxunub: 503     16:33     22 Avqust 2019    
"İki nüvə silahı olan bir ölkəyə baxırsınız, hər şey ola bilər".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Pakistan Baş Naziri İmran Xan Hindistanı Kəşmir məsələsinə görə sərt şəkildə tənqid edərkən deyib.

O qeyd edib ki, Yeni Dehli rəhbərliyi ilə müzakirə aparmaq cəhdləri uğursuzluğa düçar olub.

"Hindistanla danışmağın mənası yoxdur. Demək istəyirəm ki, lazımi qədər danışmışam. Təəssüf ki, sülh və müzakirə üçün etdiyim bütün cəhdlərimi geriyə addım kimi qəbul ediblər. İndi edə biləcəyimiz bir şey yoxdur. Ən vacib məsələ Kəşmirdə 8 milyon insanın həyatıdır. Etnik təmizləmə və soyqırımı ilə əlaqədar narahatlıqlar var. İki nüvə silahı olan bir ölkəyə baxırsınız, hər şey ola bilər".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan-Hindistan   İmran-Xan  

"İki nüvə silahı olan bir ölkəyə baxırsınız..." - İmran Xan

2019/02/imran-1551360135.jpg
Oxunub: 504     16:33     22 Avqust 2019    