Soyuq Müharibə Dövründə Hibrid Müharibə - III YAZI

2019/08/17030-1566452081.jpg
Oxunub: 1715     14:16     22 Avqust 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

1952-ci il prezident kampaniyası ərzində, Ayzenhauer dəfələrlə dövlət səviyyəsində bahalı və koordinasiyalaşdırılmış, psixoloji müharibə səylərinin həyata keçirilməsinə çağırış edib. San Fransiskoda o, bu məsələ ilə bağlı böyük nitq söyləyib və nitqində hökumətin psixoloji müharibə hesablarına reaksiya verməli olduğunu bildirib. Ayzenhauer Soyuq Müharibənin, Birləşmiş Ştatların dünya xalqlarının qəlbini və meylini qazana biləcək hər cür psixoloji silahlar təkmilləşdirməli olduğuna dair ideyalar və mübahisələrlə mübarizə meydanı olduğunu bildirib. Özünün genişləndirilmiş mənasında “psixoloji müharibə”ni şərh edərkən, Ayzenhauer diplomatiya vasitələri, ortaq iqtisadi yardım, ticarət, dostluq əlaqələri və idman hadisələrini də bu çərçivəyə daxil edib.

Onun prezident kimi həyata keçirdiyi ilk tədbirlərdən biri psixoloji müharibənin planlaşdırılması üçün xüsusi köməkçi kimi xidmət göstərəcək şəxsi məsləhətçi vəzifəsinə C.D. Ceksonu təyin etməsi oldu. Sonralar Ceksonu bu vəzifədə Nelson Rokfeller əvəzlədi. O, həm də Uilyam H. Ceksonun rəhbərlik etdiyi yüksək səviyyəli komitə formalaşdırdı. Komitənin yaradılmasında məqsəd ABŞ-ın psixoloji müharibə səylərini gücləndirmək idi.

Ayzenhauer dövründə Birləşmiş Ştatlar onun sələfləri tərəfindən başladılmış aqressiv anti-Sovet psixoloji müharibə taktikalarından imtina etdi. “Amerikanın Səsi” (The Voice of America), Azad Avropa Radiosu (Radio Free Europe) və “Azadlıq Radiosu” (Radio Liberty) Sovet blokuna qarşı propaqanda yayımlarına davam etsə də, tədricən “Həqiqət Kampaniyası”nı xarakterizə edən sərt, polemikalı ton arxa plana düşdü. Bu trend 1956-cı ildə Macarıstan İnqilabının təşviq edilməsində “Azad Avropa Radiosu”nun rolu ətrafında meydana gələn mübahisələrlə daha da sürətləndi. Sovet Silahlı Qüvvələrinin bu üsyanı son dərəcə şiddətli şəkildə yatırtması Moskvanın Şərqi Avropadakı təsirini davam etdirmək üçün istənilən formada mübarizə aparacağını ortaya qoydu. Bu hadisə eyni zamanda aparılan azadlıq siyasətinin qəbul edilməyəcək psixoloji, siyasi və insani bədəllərə yol açacağını üzə çıxardı. 1956-cı ilin sonu etibarilə tarixçi Uolter Hiksonun təəbirincə desək, “azadlıq” aqressiv psixoloji müharibə üzərində mədəni sızma, doğru xəbər və informasiyanı diqqətə alan təkamül strategiyası ilə əvəzlənib.

Ayzenhauer həm də müstəqil propaqanda agentliyi Birləşmiş Ştatlar İnformasiya Agentliyinin (USIA) yaradılmasını nəzərdən keçirirdi. Bir sıra mənbələrdə USIS (İnformasiya Xidməti – Information Service) kimi göstərilən bu agentlik Müharibə İnformasiya İdarəsi və İctimai İnformasiya üzrə “Creel” Komitəsindən sonra formalaşdırıldı. Lakin öz sələflərindən fərqli olaraq, USIA sadəcə xarici propaqanda ilə məşğul olmalı idi, yerli əməliyyatlar tamamilə qadağan edilmişdi. Onun “Amerikanın Səsi” radiosu, ABŞ-ın xaricdəki kitabxanaları və informasiya mərkəzlərindən məsul olduğu güman edilir.

ABŞ-ın dəfələrlə propaqanda ilə “Dəmir Pərdə”ni dəlmə cəhdlərinə baxmayaraq, USIA-nın qaynaqlarının əksəriyyəti bu pərdənin digər tərəfinə, özlərinin adlandırdığı ifadə ilə “azad dünya”ya istiqamətlənmişdi. Agentliyin başlıca məqsədi neytralların dəstəyini qazanmaq və müttəfiqlərin qətiyyətini artırmaq idi. USIA-nın siyasi sənədlərindən birində belə qeyd edilib: “Biz Sovet Kommunizmi ilə başlıca olaraq azad dünyanın rəyi uğrunda rəqabətdəyik. Biz xüsusilə azad dünya daxilindəki tərəfsizlər, fikri qarışıq olanlar, laqeydlər, yaxud şübhəsi olanlarla maraqlanırıq”.

Agentlik 91 ölkədə 208-dən çox USIS postunu idarə edirdi. Soyuq Müharibənin əksər vaxtlarında USIA-nın ən geniş proqramları Almaniya, Avstriya, Yaponiya, Hindistan, Vyetnam, Tailand, Fransa və İtaliyanı əhatə edirdi. USIA həm də İspaniya, Yuqoslaviya, Misir, Yunanıstan, Meksika, Braziliya və Pakistanda da əhəmiyyətli əməliyyatlar həyata keçirib.

USIA 1953-cü ildə yaradılarkən, Konqres mədəni əlaqələri propaqandadan fərqləndirmək məqsədilə mədəni proqramlara Dövlət Departamentinin nəzarət etməsində təkid edirdi. Praktiki olaraq, fərqləndirmə əsasən simvolik xarakter daşıdı. Üstəlik xarici siyasi ekspertlər bu tipli fəaliyyətlərin Amerika yönümlü yanaşmanı propaqandanın ənənəvi növlərindən daha yaxşı yaya biləcəyini düşünürdülər. Soyuq Müharibə dövründə həyata keçirilən belə tədbirlərə “Fulbright” mübadilə proqramı, “Xalq-Xalq” proqramı və Sülh Korpusunu nümunə göstərmək olar. Bu proqramlarda iştirak edən çoxsaylı amerikalılar özlərini propaqandaçı olaraq görməsələr də, hökumət rəsmiləri bu proqramları ABŞ-ın siyasi, iqtisadi və hərbi addımları üçün xaricdə daha əlverişli mühit yaratmaq məqsədilə pozitiv, uzaq vədəli layihələr olaraq görürdülər.

Daha geniş formada USIA-nın prinsipial propaqanda mövzuları Soyuq Müharibə dövründə əsasən dəyişməz qalırdı. Əsas mövzu anti-kommunizm idi və agentlik ideoloji ziddiyyətlər - məcburi əmək düşərgələri, azadlığın məhdudlaşdırılması, kommunist ölkələrdə istehlakçı əmtəələrin yoxluğundan istifadə edirdi. Bununla yanaşı həm də Birləşmiş Ştatlar barəsində pozitiv təbliğat aparılırdı. Bir çox USIA filmləri, radio buraxılışları və digər proqramları təhsilə həsr olunmuşdu. Onlar kənd təsərrüfatından ingilis dilinin öyrədilməsinə qədər çox geniş və müxtəlif sahələri əhatə edirdi.

USIA-nın əsas fəaliyyətlərindən biri ABŞ siyasətini gündəlik olaraq beynəlxalq ictimaiyyətə daha məqsədəuyğun göstərmək idi. USIA əlində olan media imkanları ilə siyasi qərarları izah və təşviq edir, vacib nitqlərin tam mətnini xəbər təşkilatlarına ötürürdü. Bütün bunlarla yanaşı o, bütün əməliyyatlarında “həqiqət strategiyası”na bağlı qaldığını iddia edirdi. Buna səbəb isə agentliyin effektiv olmaq üçün propaqandanın ağlabatan, ağlabatan olması üçün isə həqiqi olmalı olduğuna dair inancı idi.

1960-cı ildə Kennedi prezident seçkilərində qalib gələrkən, o, USIA-nın özünün prioritetlərindən olduğunu bildirdi. Kennedi beynəlxalq əlaqələrdə imic və ideyaların əhəmiyyətinə çox həssaslıqla yanaşırdı. Buna görə də Amerikanın xaricdəki prestijinin azalması məsələsini kampaniyanın əsas mövzusu elan etdi. Seçkilərdən sonra Kennedi jurnalist Eduard R. Murrounu agentliyin yeni direktoru təyin etdi. Bu təyinat agentliyin həm daxildə, həm də xaricdə reputasiyasına müsbət təsir göstərdi. Onun nüfuzu USIA-ya konqresdə də kömək oldu və agentliyin büdcəsi bir neçə il ərzində kəskin olaraq yüksəldi. Əgər 1960-cı ildə USIA-ya 100 milyon dollar ayrılmışdısa, 1963-cü ildə bu rəqəm 160 milyon dollara çatdırıldı.

Birləşmiş Ştatların Vyetnam müharibəsinə qarışması ilə ölkənin bütün sahələri kimi, informasiya proqramı da müharibəyə fokuslandı. 1940-cı illərdən etibarən Cənubi-Şərqi Asiyada aparılan həm aşkar, həm də gizli propaqanda proqramları Vyetnam müharibəsi ərzində də davam etdirildi. 1964-cü ildə prezidenti Lindon Conson Karl Rovanı USIA-nın rəhbərliyinə gətirdi. Bu, o zaman üçün bir afroamerikalı tərəfindən ABŞ hökumətində tutulan ən böyük post idi. Rovan Vyetnamda ABŞ-ın bütün psixoloji müharibə proqramlarını idarəedən ABŞ Birgə İctimai İşlər İdarəsinin yaradılmasına nəzarət etdi. İdarə agentliyin xaricdəki qüvvələrinin 10%-ni əlində cəmləyirdi. 1965-ci ilin mayında Conson USIA-nı ABŞ-ın Vyetnamdakı bütün propaqandasından məsul hala gətirdi.

Güman olunur ki, ABŞ propaqandaçılarının bu müddət ərzində üzləşdikləri əsas çətinlik döyüş zonasından kənarda idi. Belə ki, USIA çoxları tərəfindən bəyənilməyən müharibəni beynəlxalq ictimaiyyətə sırımağa çalışırdı. Agentlik bu müharibəni kommunist qiyamçıların hücumu altında olan azad ölkənin müdafiəsi kimi qələmə verirdi. O, Amerikanın sülhməramlı niyyətlərini vurğulayır, onun hərbi gücə sadəcə son seçim kimi əl atmaq məcburiyyətində qaldığını ifadə edirdi. Conson və Nikson administrasiyaları müharibə səylərinə dəstəkdə propaqandaya böyük əhəmiyyət verirdi.

Ceyms Karterin prezidentliyi dövründə USIA missiyasından əhəmiyyətli dəyişikliklərə getdi. Karter agentliyin dünyaya sadəcə Amerika barəsində məlumat ötürməli olmadığını, həm də Amerikaya dünya barəsində məlumat çatdırmalı olduğunu düşünürdü. Nəticə etibarilə o, agentliyin adını dəyişdirdi və onu Birləşmiş Ştatlar Beynəlxalq Rabitə Agentliyi (ICA) adlandırdı. Yeni adı ilə agentlik anti-kommunist proqramlarını azaltdı və gizli propaqanda proqramlarının dayandırılmasına dair göstəriş aldı. Karter həm də ICA-ya xarici ölkələrdəki amerikalıların təhsil almasını təmin etməklə bağlı ikinci bir vəzifə verdi.

Ronald Reyqan Ağ Evə gəldikdən sonra “ikinci vəzifə”ni dayandırdı və USIA adını bərpa etdi. Reyqanın dövründə agentlik Ağ Evdəki soyuq döyüşçülərin döyüşə girmə həvəsini mənimsədi. 1980-ci illərin kütləvi silahlanmasına rəhbərlik edən prezident həm də USIA vasitəsilə psixoloji silahlanmaya da əlavə təkan verdi. 1982-ci ildəki nitqlərindən birində o, kommunizmə qarşı yeni ideya və dəyərlər uğrunda müharibə elan etdi. O, həm də “Həqiqət Kampaniyası”nı “Həqiqət Layihəsi” olaraq dəyişdi. Məqsəd isə ölkəni Sovet propaqandası ilə mübarizə aparmaq və demokratiyanı yaymaq üçün genişləndirilən psixoloji hücumun arxasınca çəkmək idi. Reyqanın başçılığı ilə, USIA bütün dövrlərə nisbətdə daha böyük vəsait əldə etdi. Yeni direktor Çarles Z. Uvik agentliyin modernizasiyası üçün çoxsaylı islahatlar başlatdı. Bunlara “Worldnet” peyk televiziya yayım sisteminin, “Radio Marti”nin (ABŞ-ın Kubadakı propaqanda aləti) yaradılması da daxildir. Reyqan özünü “böyük kommunikator” kimi təqdim edirdi.

Soyuq Müharibənin sonu ilə USIA diqqətini kommunizm təhdidindən iqtisadi genişlənmənin təşviqinə çevirdi. Milli təhlükəsizlik və anti-kommunist propaqanda, həmçinin, mübadilə fəaliyyətləri üçün irəli sürülən əsaslandırmalar iqtisadi əsaslandırmalara zəmin yaratdı: bu proqramlar hazırda Amerika ticarətinə verdiyi töhfələr baxımından dəyərləndirilir. 1999-cu ilin oktyabrında başlıca olaraq senator Cesse Helmsin səyləri nəticəsində USIA ləğv edildi və onun funksiyaları Dövlət Departamenti nəzdindəki Beynəlxalq İnformasiya Proqramları İdarəsinə köçürüldü.

Müasir dövrdə isə hibrid müharibələrdə baş verən əsas iki dəyişiklikdən biri qeyri-dövlət aktorlarının meydana gəlməsi və böyük güc əldə etməsidir. Digər tərəfdən qeyri-dövlət aktorlarının bu səviyyədə güclənməsi isə hibrid müharibələrdə baş verən digər bir dəyişiklikdən, yəni onun tətbiq metodlarından qaynaqlanır. Yəni belə demək mümkünsə, hibrid müharibənin xarakterindəki dəyişikliklər bir-birilə sıx bağlıdır və bir-birinə təkan verir.

Əvvəla bir məsələni aydınlaşdırmaq vacibdir. Əgər ötən yazımızla tanış olmusunuzsa, onda sizdə “axı qeyri-dövlət aktorları əvvəlki dövrdə də mövcud idi” kimi qaranlıq fikirlər formalaşa bilər. Lakin əvvəlki dövrlə müqayisədə müasir hibrid müharibələrdəki qeyri-dövlət aktorları böyük ölçüdə müstəqillik əldə etdilər. Bu isə artıq növbəti yazımızın mövzusudur.

Dəyanət Ağalarlı
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hibrid-Müharibə   Soyuq-Müharibə  

Soyuq Müharibə Dövründə Hibrid Müharibə - III YAZI

2019/08/17030-1566452081.jpg
Oxunub: 1716     14:16     22 Avqust 2019    