“Hraparak”: Oqanovskiyə qarşı ifadə verən yeganə şəxs Babayanın tərəfdarıdır

2019/08/00-36-1565787409.jpg
Oxunub: 400     15:03     21 Avqust 2019    
General-mayor Samvel Karapetyanın (Oqanovski) həbs olunması üçün siyasi qərar qəbul edilməsi və onun bazar ertəsi günü “aradan götürüləcəyi” ilə bağlı xəbərlər yayılmasına baxmayaraq, dünən o, həbs olunmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Oqanovskiyə qarşı bir ifadə ilə onu həbs edə bilməyəcəklər.

“Məsələ burasındadır ki, Oqanovskiyə qarşı cəmi bir ifadə var. İfadə qalan hər kəslə ziddiyət təşkil edir, olduqca şübhəlidir və etibarlı deyil. Xatırladaq ki, BBC xəbər agentliyi məqalə dərc edib ki, Samvel Karapetyanın istintaq protokolu onların əlindədir və ilkin istintaqa görə, Karapetyan öz tabeliyində olan şəxslərdən 20 nəfərlik qrupu İrəvana gətirib və 2008-ci ilin “1 Mart” hadisələri zamanı prezident iqamətgahının zirzəmisində yerləşdirib. Həmin qrup nümayişçilər istiqamətində atəş açıb. Əslində Ermənistan Xüsusi İstintaq Komitəsi hələ keçən ildən bəri Qarabağdan Ermənistana qoşunun necə, kim tərəfindən gətirilməsini müəyyən edir və şahidlərin cəlb olunması istiqamətində iş aparır. 2018-ci ilin yayında axtarılan şahid - Əsgəran sakini Kamo Mnatsakanyan tapılıb. O, hərbçi olmayıb və “1 Mart” hadisələri zamanı da İrəvanda olmayıb, lakin öz “eşitdikləri” haqqında ifadə verib”, - deyə erməni nəşri bildirib.

Nəşr qeyd edir ki, adı çəkilən şəxs Babayanın tərəfdarlarındadır və ləqəbi “Aferist”dir.

“Buna baxmayaraq, Babayan həmin şəxslə əlaqəsini təkzib edib. “Aferist”, Oqanovskiyə qarşı ifadəsində deyib ki, İrəvanda yox, Qarabağda olub. Lakin o, bu hadisələrdə kimlərin iştirak etdiyini eşitdiyini deyib. Kamo Mnatsakanyanın dostunun oğlu həmin vaxt Qarabağda müqaviləli hərbi qulluqçu kimi xidmət edib və o da İrəvana gətirilib. Onlara isə Oqanovski rəhbərlik edib. Yeri gəlmişkən, Qarabağda əmindirlər ki, Ermənistan hökuməti bu sövdələşmə nəticəsində Babayanı həbsdən azad edib. Babayan iyun ayında azad buraxılıb, iyulun əvvələrində isə qeyd edilən şahid ifadə verib”, - deyə “Hraparak” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Oqanovski   1-Mart   Babayan  

“Hraparak”: Oqanovskiyə qarşı ifadə verən yeganə şəxs Babayanın tərəfdarıdır

2019/08/00-36-1565787409.jpg
Oxunub: 401     15:03     21 Avqust 2019    