Azərbaycan Silahlı Qüvvələrinin yerli AR-15 “Aztex” tüfəngi - EKSPERT

2019/08/36887-1566369160.jpg
Oxunub: 1324     11:54     21 Avqust 2019    
Son zamanlar Azərbaycan Silahlı Qüvvələrinin AR-15 “Aztex” adlı tüfənglərlə təchizatının sürətləndiyi müşahidə edilir. Yeni tüfəng ilk dəfə 2018-ci ilin iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

Bundan 15 gün sonra Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibəti ilə Bakı şəhərindəki hərbi parad zamanı Silahlı Qüvvələrin bəzi bölmələri AR-15 “Aztex” silahları ilə tribunanın önündən keçib.

7.62×39 mm çaplı mərmilərdən atəş açan “Aztex” tüfənglərinin çəkisi 4.56 kq, ümumi uzunluğu 985 mm, lüləsinin uzunluğu 406 mm təşkil edən silahda optik nişangahla atəş məsafəsinin 1000 metr olduğu bildirilir. AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və üzərində aksesuarları rahatlıqla əlavə etməyə imkan verən 3 ədəd “Pikkatini” lövhəsi ilə təchiz edilir. Silahda “Kalaşnikov” avtomatının standart xəzinələrindən istifadə edilir.

AR-15 avtomatı barıt qazlarının lülədə olan dəlik vasitəsi ilə qaz porşeninə daxil olaraq onun qısa gedişini təmin etməsi prinsipi ilə fəaliyyət göstərir. Bunun isə mövcud ABŞ modellərindəki döyüş sursatlarının ilişməsi kimi problemi aradan qaldırdığı iddia olunur.

AR-15 tüfəngləri 7.62×39 mm sovet mərmilərindən atəş açır. Orjinal variantda 5.45 mm-lik tüfəng çapının yerli istehsalda daha ağır və əvvəlki 7.62 mm-ə dəyişdirilməsinin səbəbləri müəyyən müzakirə və suallar da yarada bilər.

Avtomatlar Azərbaycanın “Palladium Defence and Security Solutions” şirkətinin istehsalı olan “Grey Wolf” adlı səsboğucularla və FLİR termal nişangahları ilə dəstləşdirilir. Bəzi mütəxəssislər silahların davamlılığı ilə bağlı müəyyən iradlar da səsləndirir.

Şirkətin Azərbaycanın güc strukturlarına təqdim etdiyi səsboğucular tapançalarda, snayper və avtomatik tüfənglərdə istifadə üçün yararlıdır. Bu səsboğucular həm səsə qədər, həm də səsdən sürətli mərmilərlə atəş açmağa imkan verir. Tapança səsboğucularının həm rezin içliklə, həm də rezinsiz halda istifadəsi mümkündür. Rezin içlik istifadə olunduqda, subsonik patronlardan atış zamanı səs 35 dB-dən az olur. Səsboğucunun resursu məlum deyil. Səsboğucuların əsas üstünlüyü onların rahat şəkildə sökülüb yığıla bilməsidir. Çəkisi modeldən asılı olaraq 235-440 qr, uzunluğu 220-280 mm, diametri isə 33-53 mm arasında dəyişir.

AR-15 tüfəngləri İsrailin MEPRO M21 kollimator nişangahları ilə birlikdə istehsal edilir. Nişangah gündüzlər enerji toplayan elementin, gecələr isə tritium batareyalarının hesabına çalışır. İki batareya arasında keçid ani və avtomatik baş verir. Bütün hava və temperatur şəraitində çalışan nişangahın obyektivinin diametri 30 mm-dir. Geniş görünüş sahəsi və hədəfin qısa zamanda nişan alınması təmin edilir. Müşahidə sektoru məhdud deyil, iki açıq gözlə istifadə edilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AR-15   Aztex  

Azərbaycan Silahlı Qüvvələrinin yerli AR-15 “Aztex” tüfəngi - EKSPERT

2019/08/36887-1566369160.jpg
Oxunub: 1325     11:54     21 Avqust 2019    