“Kəlbəcər istiqamətində 14 kəndi işğaldan azad etdik” – Unudulmuş Batalyon (MÜSAHİBƏ)

2019/08/69284-10964554139.jpg
Oxunub: 1906     14:08     21 Avqust 2019    
Onlarla telefon əlaqəsi saxladım. Bir neçə dəqiqə davam edən danışığımızdan sonra rayon mərkəzində görüşməyə razı oldular. Maraqlıdır ki, mənimlə danışan zaman onlarla görüşməyimə bir az tərəddüd etdiklərini aydın hiss edirdim. Səmimi söhbətimizin alınmasına inamım az olsa da vədələşdiyimiz vaxtda görüş yerində oldum. Adətim üzrə bir neçə dəqiqə tez gəlmişdim. Məni telefonda tutuduqları sorğu-sualın üz-üzə görüşümüzdə bir az da artacağını təxmin edirdim. Əlbətdə belə də olmalı idi. Çünki onlar unudulmuş batalyonun əsgərləriydi.

Ordu.az olaraq müəyyən vaxtlarda Azərbaycanda ərazi özünümüdafiə batalyonları ilə bağlı silsilə yazılarımızı təqdim edirik. Budəfəki yazımızda isə indiyə kimi, çox az hallarda adı hallanan Daşkəsən özünümüdafiə batalyonu haqqında olan yazını təqdim edəcəyik. Həmsöhbətimiz ovaxtkı batalyon komandiri Əli Vilayət oğlu Musayevdir. Əli Musayev 1961-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olub. Sovet Ordusunda hərbi xidmətdən sonra Özbəkistanın Buxara şəhərində 3 aylıq hərbi kurs keçib. 1992-ci ildən Daşkəsən özünümüdafiə batalyonunu yaradanlardan biri olub.

Ermənistanın Azərbaycana qarşı elan olunmayan müharibəyə başlaması, Azərbaycanın müdafiəsiz və müharibəyə hazırlıqsız bir zamanına təsadüf etdiyindən, hərbi əməliyyatlar bir çox hallarda məğlubiyyətimizlə nəticələnirdi. Təbii ki, bu cür halların qarşısının alınması üçün pərakəndə mübarizə şəraitindən nizami ordu quruculuğuna keçmək zərurəti yaranırdı. Belə vaxtlarda ərazi özünümüdafiə batalyonlarının yaradılması vacib sayılırdı. Kəlbəcərlə birbaşa əlaqəsi olan Daşkəsən rayonunda yaradılan batalyonun əsas hədəflərindən biri, ermənilərin təkcə Kəlbəcərə və Daşkəsənə deyil, hücuma məruz qalan digər rayonlara da dəstək olmasından ibarət idi.

- Əli bəy Sizi xoş gördük. Daşkəsən batalyonunun yaranması və döyüş yolları barədə məlumat verməyinizi xahiş edirəm.

- Doğrusu hardan başlayacağımı bilmirəm. Bu həm ötən illərin ağrı-acısından, həm də bizə qarşı olan bəzi inamsızlıqdan irəli gəlir. Mən hələ də inanan bilmirəm ki, bizimlə kimsə maraqlanır. Bilirsinizmi, biz tamamilə yaddan çıxmışıq.

- Siz daim bizim yaddaşımızdasınız, bu görüşün özü də sizin heç zaman unudulmadığınıza işarədir.

- Elə ona görə gözlərimə inanmıram ki, bizim də rayonun döyüşçüləri barədə kimsə yazacaq. Buna görə də Sizə və şəxsən ordu.az saytının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımı bildirirəm.

- Biz təşəkkür edirik. Buyurun döyüş yolunuz barədə məlumat verərdiniz. Döyüş yolunuz hardan başladı və necə davam etdi?

- 1992-ci ilə qədər rayondan olan şəxslər pərakəndə olaraq ov tüfəngləri ilə silahlanırdı. Bu cür silahlanma hər kəsin öz təşəbbüsü ilə həyata keçirilirdi. Hansısa bir bölgəyə kömək lazım olanda isə rayondan öz pulumuza maşın tutub həmin yerlərə köməyə gedirdik. Doğrudur, bu bizim üçün elə də asan başa gəlmirdi. Həm evdə ailənin bəzi problemlərinin həlli, həm ovaxtkı ictimai-siyasi proseslərin yaratdığı gərginlik əhali arasında çox böyük ajiotajlar yaradırdı. Bu cür gərgin vaxtlarda günlərlə evdə olmamaq çox çətin idi. Hələ bir neçə gün gəlməyəndə tək ailə üzvlərimizdə deyil, rayon sakinləri arasında da ciddi narahatlıq yaranırdı. Təsəvvür edin ki, biz evə gəldiyimiz anlarda vəziyyəti öyrənmək üçün nə qədər insan axışıb gəlirdi. Pərakəndə fəaliyyət göstərdiyimiz müddət ərzində Çaykənd və Başkənd istiqamətində gedən döyüşlərdə iştirak etdik. Sonda elə oldu ki, 1992-ci ildə Xocalı faciəsi baş verəndən sonra, rayonda ərazi özünümüdafiə batalyonunun yaradılmasına qərar verildi. İlk olaraq 100 nəfərdən çox daşkəsənli bu batalyona könüllü yazıldı. Sonralar batalyonun tərkibi daha da çoxaldı. Rayon hərbi komissarlığı tərəfindən də çağırışçılar bizim batalyona göndərilirdi.

- Batalyonun yaradılmasından sonra hansı istiqamətdə gedən döyüşlərə qatıldınız?

- Batalyon yaradıldıqdan sonra bizim əsas döyüş yolumuz təbii ki, bizə yaxın bölgə olan Kəlbəcər istiqamətində oldu. Kəlbəcər istiqamətində iştirak etdiyimiz döyüşlər zamanı 14 kəndi işğaldan azad etdik. Hücumların birində Susuzluq istiqmətində irəli getdik. Orda olan fermada ermənilər mövqe tuturdu. Biz həmin ərazini mühasirəyə aldıq. O döyüşlərdə çox sayda erməni silahlısını məhv etdik. 3 nəfər düşmən zabitini və bir nəfər giziri əsir götürdük. Zabitlərdən biri mayor, biri kapitan, bir isə leytenant idi. Əsir götürülənlər acizliklərini, geri çəkilə bilmədiklərini bildirirdilər. Əsir erməni zabitləri deyirdi ki, onları müharibəyə silah zoruna göndəriblər. Əgər onlar geri dönsələr, özləri və ailələrini “sürpirizlər”lə qarşılaşacaqlar. Ona görə də ya özləri-özlərini güllələyir, ya da əsir düşməyi üstün bilirdilər.

- Kəlbəcər istiqamətində itkilərimiz barədə eşitmək istəyirəm. Eşitdiyimə görə, bu istiqamətdə gedən döyüşlərdə az itki versək də, geri çəkilərkən itkilərimiz olub. Bu necə baş verirdi?

- Bəli orası elədir, bilirsiniz niyə? Biz döyüşlərdə doğrudan da düşmənə samballı müqavimət göstərirdik. O zaman Daşkəsən batalyonundan itkilərimiz az olurdu. Bu da ərazini yaxşı tanımağımızdan irəli gəlirdi. Biz dağlıq əraziləri, hər cığırı çox yaxşı tanıyırıq. Həm də hava şəraitini dəqiq dəyərləndirə bilirdik deyə, bizim itgilərimiz az olurdu. Lakin kənardan gələn və bu ərazilərə bələd olmayan əsgərlərimiz daha çox itki verirdilər ki, bu da erməni gülləsindən deyil, qışın dondurucu şaxtasını dəqiq dəyərləndirməməkdən irəli gəlirdi...

Gözləri dolur səsindəki titrəyiş ona fikirini tamamlamağa imkan vermir. Söhbətinə bir az ara verib uzaqda görünən dağın zirvəsinə doğru baxır. Bir neçə saniyə sonra sözünə davam edir.

Biz Zoda gedən yola nəzarət edirdik. Müşahidələrimizin birində iki ədəd QAZ-66 markalı avtomobildə erməni əsgərlərinin həmin istiqamətə tərəf gəldiyini gördük. Onlar kəndə bir neçə kilometlik məsafədə dayandılar. Mən uşaqlara döyüşə hazır olmaq əmrini verdim. Bir neçə dəqiqə sonra Kəlbəcər istiqamətində döyüşən digər briqadanın əsgərlərinin əvvəllər müdafiə etdikləri mövqelərdən geri çəkildiyini gördük. Mən onlarla görüşüb niyə geri çəkildiklərini soruşdum. Mənə dedilər ki, bizə rabitə ilə məlumat verilib ki, mühasirədəsiniz və mühasirə halqası daralmadan geri çəkilin. Mən bunun düzgün olmadığını desəm də mümklün olmadı. O zaman başqa bir təklif etdim ki, əraziyə bələdçiliyiniz yoxdur, buna görə də yalnış istiqamətə gedə bilərsiniz. Lakin sözümü dinləyən olmadı. Bilirsiniz niyə? O əsgərlərə rəhbərlik edən yüksək rütbəli zabitlər var idi, buna görə sözümü dinləmədilər. Çox təəssüf ki, həmin uşaqlardan bir çoxu tara düşərək, bir neçəsi isə güclü küləyin yaratdığı qar fırtınasında yolu azaraq donub həlak oldular. Bax bu cür hallar adama hələ də təsir edir.

Mən və mənim kimi, yüzlərlə daşkəsənli, keçmiş döyüşçülər bu gün də dövlətimiz və dövlətçiliyimizin yolunda müharibəyə hazırıq.

- Çox sağ olun səmimi qəbul və müsahibə üçün, sizə minnətdaram.

- Təşəkkür edirəm, bizi yada saldığınız üçün mən minndətdaram.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Daşkəsən-batalyonu   Müharibə   Qarabağ  

“Kəlbəcər istiqamətində 14 kəndi işğaldan azad etdik” – Unudulmuş Batalyon (MÜSAHİBƏ)

2019/08/69284-10964554139.jpg
Oxunub: 1907     14:08     21 Avqust 2019    