ABŞ Tayvana 8 milyardlıq F-16 qırıcıları çatdıracaq

2019/08/d0dbc-1566364798.jpg
Oxunub: 591     15:10     21 Avqust 2019    
ABŞ administrasiyası Tayvana 8 milyard dollar dəyərində 66 ədəd F-16 döyüş təyyarəsi və ona aid avadanlıqlar göndərilməsi qərarı ilə bağlı ABŞ Konqresini rəsmi olaraq məlumatlandırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Dövlət Departamentinin nümayəndəsi deyib.

“Bu gün administrasiya ABŞ Dövlət Departamentinin nəzarət etdiyi xarici hərbi kömək proqramı çərçivəsində Tayvanın 8 milyard dollarlıq 66 ədəd F-16C/D Block 70 qırıcıları ilə, eləcə də ehtiyat hissələri və döyüş sursatları ilə təchiz edilməsi haqqında qərarını rəsmən Konqresə çatdırıb”, - deyə amerikalı diplomat bildirib.

Qırıcıların tədarükü bölgədəki əsas hərbi tarazlığı dəyişdirməyəcək. Bu qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin inkişafı və Vaşinqtonun müdafiə sahəsində xarici tərəfdaşlarına maddi və texniki yardım göstərilməsinə məsuliyyət daşıyır.

Bazar ertəsi günü Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Gen Şuan ABŞ-ın Tayvana F-16 tədarük etmək planlarına münasibət bildirərək, belə əməliyyatın baş tutacağı təqdirdə Pekinin öz maraqlarını qoruması üçün cavab tədbirləri atacağını vurğulayıb. O, həmçinin qeyd edib ki, Çin Vaşinqtonun bu planı ilə əlaqədar kəskin etirazını ifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-16   XİN  

ABŞ Tayvana 8 milyardlıq F-16 qırıcıları çatdıracaq

2019/08/d0dbc-1566364798.jpg
Oxunub: 592     15:10     21 Avqust 2019    