Türkiyə Ukrayna ilə birgə döyüş PUA-sı istehsal edəcək

2019/08/akinc-1566304883.jpg
Oxunub: 692     16:47     20 Avqust 2019    
Ukraynanın “Ukrspetsexport” dövlət şirkəti ilə Türkiyənin "Baykar Defence" şirkəti birgə “Akinci” döyüş pilotsuz uçuş aparatı istehsal edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Ukroboronprom” konserninin mətbuat xidməti məlumat yayıb.

“Layihə Ukrayna və Türkiyənin müdafiə komplekslərinin ən böyük sektorlarının birləşdirilməsi yolu ilə həyata keçirilir”,- deyə konsernin direktoru Pavel Bukin bildirib.

Qeyd olunub ki, onun ən böyük üstünlüklərindən biri adi təyyarələrdə artıq istifadə olunan döyüş sursatları ilə yüksək dəqiqlikli zərbə enidrmək olacaq. "Akinci" ağır pilotsuz uçuş aparatları sinfinə aiddir və 12 km hündürlükdə uçuşu təmin edən, Ukrayna istehsalı olan iki mühərriklə təchiz olunacaq.

Aparat bir tondan çox bomba yükü daşıma qabiliyyətinə malik olmaqla yanaşı, 24 saata qədər uça biləcək. Eyni zamanda aparat teplovizoru və aktiv fazalı antenli radarlarla təchiz ediləcək.

Türkiyə tərəfi isə bundan əvvəl bildirmişdi ki, pilotsuz uçuş aparatının təchizatına 2021-ci ildə başlanılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrspetsexport   Baykar-Defence   PUA  

Türkiyə Ukrayna ilə birgə döyüş PUA-sı istehsal edəcək

2019/08/akinc-1566304883.jpg
Oxunub: 693     16:47     20 Avqust 2019    